FR|ENAZ

Bizim barəmizdə

“Lüksemburq-Azərbaycan” Ticarət Palatası (LATP), Lüksemburq və Azərbaycanda bizneslə bağlı geniş informasiya və əlaqələr şəbəkəsi vasitəsilə hər iki ölkədə biznes icmalarının maraqlarına dəstək vermə və tanıtma məqsədilə 3 mart 2007-ci il tarixində yaradılmış özəl, gəlirsiz cəmiyyətdir.

LATP-nin fəaliyyətinə aşağıdakılar daxildir:

  • İnternet saytı vasitəsilə iqtisadiyyat və turizm barədə informasiya və sənədlər bürosunun yaradılması;
  • Informasiya və tədqiqat bülleteninin dərc edilməsi;
  • Lüksemburq və Azərbaycan arasındakı əlaqələrə kömək etmək üçün görüş və səfərlərin təşkili.