FR|ENAZ

İqtisadiyyat və ticarət

2010-cu ildəki makroiqtisadi göstəricilər

Valyuta:1 Manat = 100 qəpik
Maliyyə ili:Təqvim ili
ÜDM:51.806,5 milyon ABŞ Dolları
ÜDM-in illik artım dərəcəsi:5,0%
Adambaşına ÜDM:5797,8 ABŞ Dolları
İnflyasiya dərəcəsi:5,7%
İşsizlik:6%
Birbaşa investisiyalar:12 106,17 milyon ABŞ Dolları
Xarici ticarət dövriyyəsi:18614,2 milyon ABŞ Dolları
İxrac:13165,5 milyon ABŞ Dolları
İdxal:5448,7 milyon ABŞ Dolları
Əsas sahələr:Neft və qaz hasilatı, neft sənayesi avadanlığı, kimyəvi məhsullar, tikinti materialları, kənd təsərrüfatı.
Əsas ticarət partnyorları:İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Hollandiya, Türkiyə, Böyük Britaniya, Çin.

(Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2011)

Qısa iqtisadi icmal

Azərbaycanın 1995-ci ildən bəri makroiqtisadi sabitlik və artıma nail olması dərin təsir bağışlayır. Azərbaycanda əlverişli qlobal iqtisadi tendensiyalarla müşayiət olunan, maliyyə və pulun idarə olunması ölkənin makroiqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. 1995-ci ildən bəri həyata keçirilən stabilləşdirmə siyasətinin nəticəsi olaraq, 1996-cı ilin ikinci yarısından bərpa başlayan yüksək neft qiymətləri ÜDM-in 2000-ci ildəki 11,1%-dən 2005-ci ildəki 34,5%-dək (il üçün ən yüksək artım göstəricisi) artmasına səbəb oldu. ÜDM-in artım dərəcəsi 2007-ci ildə 25% təşkil etmişdir.

Özəlləşdirmə ölkədə iqtisadi islahatların uğurlu olmasında əhəmiyyətli rol oynamışdır. 2000-ci ildə özəl sektor ÜDM-in 68%-ni təşkil edib. Hazırda, özəlləşmənin ikinci mərhələsi həyata keçirilməkdədir. Bu mərhələ əsas etibarilə orta və iri müəssisələrin özəlləşdirilməsini nəzərdə tutur. Bu siyasətin nəticəsi olaraq, 2007-ci ildə ÜDM-in 81%-i özəl sektor tərəfindən yaradılıb.

Maliyyə nəzarəti bərpa olunduqdan sonra, büdcə kəsiri 1995-ci ildəki 5,4%-dən 2002-ci ildə 0,4%-ə, 2005-ci ildə isə 0,1%-ə endi. Maliyyə sistemi bundan əlavə 2007-ci ildə ÜDM-in 1%-ni keçməyən (ÜDM-in 0,2%-i) çox aşağı dövlət büdcəsi kəsiri ilə xarakterizə olunur. Hazırda ölkəyə neft gəlirlərinin daxil olduğuna görə, Azərbaycan büdcə kəsirinə makroiqtisadi siyasətin ciddi problemi kimi baxmır. Azərbaycanın nisbətən aşağı səviyyəli xarici borcu vardır ki, bu da 2007-ci ilin sonunda $2,44 milyard, yəni ÜDM-in 8,2%-nə bərabər olmuşdur.

Neft sektorunda sürətli artım son onilikdə ciddi investisiya bumuna şərait yaratdı. 1995-ci ildə $375 milyona bərabər birbaşa xarici investisiya həcmi 2000-ci ildə $927 milyona və 2007-ci ildə isə $6.760 milyonadək yüksəldi. Əsas xarixi investorlar Türkiyə, ABŞ, İran, Almaniya, Rusiya, Birləşmiş Krallıq və BƏƏ-dir. Neft və qaz sektorundan başqa birbaşa xarici investisiya hazırda tikinti, xidmətlər, nəqliyyat, telerabitə və istehsal sektorlarındadır.

Azərbaycan bir çox beynəlxalq neft şirkətləri ilə hasilatın pay bölgüsü (PSA) haqqında 27 müqavilə bağlamışdır. Azərbaycan nefti 2006-cı ilin mayında BTC (Bakı-Ceyhan-Tiflis) boru kəməri vasitəsilə Türkiyənin Aralıq Dənizindəki Ceyhan limanına çatdırılıdı, və indi bu boru kəməri tam gücü ilə işləyir. Bakı-Tiflis Ərzurum qaz kəmərinin inşası 2003-cü ildə təsdiq olunmuş və uğurla başa çatdırılmışdır. Bu boru kəməri Ərzurum vilayətində Türkiyənin qaz nəqli infrastruna qoşulmazdan əvvəl marşrutun əksər hissəsində BTC neft kəməri ilə paralel keçir. Xəzər Dənizində Azərbacanın Şah Dəniz yatağıdan hasil olunan qaz bu boru kəməri vasitəsilə nəql olunur.

İqtisadi diversifikasiya və qeyri-neft sektorunun inkişafının vacibliyi əsas iqtisadi inkişaf problemi kimi qəbul olunur. İqtisadi İnkişaf haqqında Dövlət Proqramı, Kiçik və Orta Sahibkarlığın İnkişafı və Azərbaycanın Regionlarının İqtisadi İnkişafı prioritet verilən siyasi alətlər sırasındadır.

Qeyri-neft sektorunun inkişafına və onun dünya iqtisadi sisteminə tam inteqrasiyasına dəstək verərək, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmağa çalışır. Qəbul prosesi 1997-ci ildə başlamış və Azərbycan Hökuməti hazırda aktiv ikitərəfli və çoxtərəfli danışıqlar aparır.