FR|ENAZ

Coğrafiya, tarix və mədəniyyət

Rəsmən Azərbaycan Respublikası kimi adlandırılan Azərbaycan Avrasiyanın Qafqaz regionunda yerləşən ölkədir. Qərbi Asiya və Şərqi Avropanın kəsişməsində yerləşən Azərbaycan şərqdən Xəzər Dənizi, şimaldan Rusiya, şimali-qərbdən Gürcüstan, qərbdən Ermənistan və cənubdan İranla həmsərhəddir. Naxçıvan anklavı şimal və şərqdən Ermınistanla, cənub və qərbdən İranla əhatə olunub, şimali-qərbdən isə Türkiyə ilə qısa sərhəd xəttinə malikdir. Azərbaycanın cənubi-qərbində yerləşən Dağlıq Qarabağ regionu 1991-ci ildə Azərbaycandan ayrılaraq müstəqil olduğunu elan etmiş, lakin o, dünyanın heç bir dövləti tərəfindən tanınmamış və Azərbaycanın qanuni və ayrılmaz hissəsi hesab olunur.

Əhalisinin əksəriyyəti Türk və şiə müsəlmanları olan Azərbaycan dünyavi və unitar dövlətdir. Azərbaycan Demokratik Respublikası Müsəlman aləmində demokratik və dünyavi respublika qurulmasında ilk uğurlu cəhd olmuşdur. Azərbaycan QUAM və Kimyəvi Silahların Qadağanı üzrə Təşkilatın təsisçi üzvlərindən biridir. Avropa Komissiyasının xüsusi elçisi ölkədədir. Azərbaycan həm də Birləşmiş Millətər Təşkilatı, ATƏT, Avropa Şurası və Nato Sülh naminə Əməkdaşlıq Proqramının habelə Müstəqil Dövlətlər Birliyinin (MDB), İslam Konfransı Təşkilatının (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və bir çox başqa beynəlxalq və regional qurumların üzvüdür.

Tarix

20-ci əsrin sonunda öz müstəqilliyini qazanmış Azərbaycan xalqı zəngin və qədim tarixə malikdir.

Şimalda Böyük Qafqaz, qərbdə Alagöz dağları və Şərqi Anadolu (o cümlədən qərbdə Göycə gölü), şərqdə Xəzər Dənizi, cənubda Sultaniyyə - Zencan-Həmədan sərhədləri ilə həmsərhəd olan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın ən qədim mədəniyyət məkanlarından biridir.

Anadolu türklərindən sonra ikinci ən böyük millət olan Azərbaycan xalqı zəngin mədəniyyət və ənənələrini qoruyub saxlamışdır.

Azərbaycan Respublikasının ərazisində aparılan arxaeoloji qazıntılar zamanı ilk insan məskənlərinə aid olan zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Azərbaycan ərazisi insanın ilk formalaşdığı ərazilər kimi hesab olunur. Son zamanlar Azərbaycan ərazisində tapılmış qədim arxaeoloji və paleontoloji materialların əksəriyyəti sübut edir ki, ilk ibtidai insan burada 1,7-1,8 milyon il əvvəl məskunlaşmışdır.

Azərbaycanın tarixi barədə əlavə məlumatlar almaq üçün aşağıdakı saytlara baş çəkin:

Coğrafiya

Azərbaycan Avrasiyanın Cənubi Qafqaz regionunda, Qərbi Asiya və Şərqi Avropanın kəsişdiyi yerdə yerləşir. Azərbaycanda üç fiziki xüsusiyyət üstünlük təşkil edir: sahil xətti şərqə doğru təbii sərhədi formalaşdıran Xəzər Dənizi; şimala doğru Böyük Qafqaz dağ silsiləsi; və ölkənin mərkəzindəki geniş düzənliklər. Azərbaycanən quru sərhədlərinin ümumi uzunluğu 2648 km-dir ki, bunun da 1007 km Ermınistan, 756 km İran, 480 km Gürcüstan, 390 km Rusiya və 15 km Türkiyə ilə olan sərhədlərdir. Sahil xətti 800 km uzanır və Xəzər Dənizində Azərbaycan bölməsinin ən geniş hissəsinin uzunluğu 456 km-dir. Azərbaycanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km uzanır. Böyük və Kiçik Qafqaz və Talış Dağları silsilələri birlikdə ölkənin təxminən 40%-ni əhatə edirlər. Azərbaycanın ən uca zirvəsi Bazardüzü dağında (4466 m), ən aşağı nöqtəsi isə Xəzər Dənizindədir (- 28m). Yer üzərində olan palçıq vulkanlarının demək olar ki, yarısı Azərbaycanda cəmləşir.

Əsas su ehtiyatları səth sularından ibarətdir. Lakin 8350 çaydan yalnız 24-nün uzunluğu 100km-dən çoxdur. Bütün çaylar ölkənin şərqində Xəzər Dənizinə tökülür. Ən böyük göl Sarısu gölüdür (67 kv.km). Ən uzun çay Kür çayıdır (1515 km) və sərhəddən keçməklə Azərbaycana daxil olur. Azərbaycanın Xəzər Dənizindəki dörd adası ümumilikdə otuz kvadrat kilometrdən artıq sahəyə manilkdir.

İqlim

Azərbaycanda iqlimin formalaşmasına xüsusilə Skandinaviya soyuq arktik antisiklon kütlələri, Sibir antisiklonunun mötədil iqlimi və Mərkəzi Asiyanın antisiklonunun təsiri olmuşdur. Azərbaycanın müxtəlif landşaftı hava kütlələrinin ölkəyə daxilolma yollarına təsir edir. Böyük Qafqaz ölkəni şimaldan daxil olan soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur. Bu, ölkənin əksər dağətəyi zonalarında və düzənliklərində subtropik iqlimin formalaşması ilə nəticələnir. Düzənlik və dağətəyi zonalar yüksək günəş radiasiyası dərəcələri ilə xarakterizə olunurlar.

11 iqlim zonasından 9-u Azərbaycanda mövcuddur. Mütləq minimum temperatur (−33 °C) və mütləq maksimum temperatur (46 °C) Culfa və Ordubadda müşahidə olunmuşdur. Maksimum illik yağıntı Lənkəranda (1600 mm - 1800 mm) və minimum isə Abşeronda (200 – 350mm) müşahidə olunub.

İnzibati bölmələr

Azərbaycan 59 zonaya, 11 şəhər rayonlarına və bir Naxçıvan muxtar respublikasına bölünür; Naxçıvan da öz növbəsində 7 rayon və şəhərə bölünür. Azərbaycan Prezidenti bu bölmələrin rəhbərlərini təyin edir, Naxçıvan hökuməti Naxçıvan Muxtar Respublikasının parlamenti tərəfindən seçilir və təsdiq olunur.