FR|ENAZ

Vergi sistemi

Azərbaycan Respublikasının Vergi Məcəlləsi 1 yanvar 2001-ci il tarixində qüvvəyə minmiş və Azərbaycan vergi sisteminin təkmilləşdirilməsində əhəmiyyətli rol oynamışdır.

Vergi Məcəlləsi vergi məsələlərinin tənzimlənməsində əsas alətdir. O, vergi orqanlarının səlahiyyət və vəzifələrini, vergi ödəyicilərinin hüquq və vəzifələrini, vergi qanunvericiliyinin pozulmasına görə cərimələri, vergi orqanlarının hərəkət və hərəkətsizliyinə qarşı appelyasiya vermə qaydalarını, vergi-idarəetmə prosedurlarını, habelə Azərbaycanda toplanılan bütün vergi növləri üçün əsasnamələri ifadə edir.

Daha müfəssəl tənzimləməyə ehtiyacı olan vergi məsələləri müxtəlif səviyyələrdə dövlət orqanlarının, xüsusilə Nazirlər Kabinetinin və Vergilər Nazirliyinin qanunverici aktları ilə tənzimlənir.

Aşağıdakı vergilər üç səviyyədə yığılır – (I) dövlət, (II) Naxçıvan Muxtar Respublikası və (III) bələdiyyə/ yerli:

  1. Şəxsi Gəlir Vergisi (ŞGV);
  2. Korporativ Mənfəət Vergisi (KMV);
  3. Əlavə Dəyər Vergisi (ƏDV);
  4. Aksiz Vergisi;
  5. Korporativ Əmlak Vergisi;
  6. Korporativ Torpaq Vergisi;
  7. Yol Vergisi;
  8. Mədən Vergisi;
  9. Sadələşdirilmiş Vergi;
  10. Fərdi Əmlak Vergisi;
  11. Fərdi Torpaq Vergisi.

Gömrük rüsumlarının ödənişi ilə bağlı olan hallarda, vergi nəzarəti gömrük orqanları tərəfindən həyata keçirilir.

Vergi Məcəlləsində üç vergiqoyma rejimi nəzərdə tutulub: standart, sadələşdirilmiş və xüsusi. Bir çox fərdi sahibkarlar və kiçik və orta müəssisələrin yarıdan çoxu sadələşdirilmiş vergi regimi ilə fəaliyyət göstərirlər.

Vergi Məcəlləsində xüsusi vergi rejimlərinin müəyyən olunması n’z’rd’ tutulur. Bu cür rejimlər müxtəlif azadetmələr və sadələşdirilmiş vergi-idarəetmə prosedurları nəzərdə tuta bilər. Kənd təsərrüfatı məhsullarının istehsalı biznesinə uyğunlaşdırılmış xüsusi vergidən azadetmə statusu xüsusi vergi rejimlərinə misal ola bilər.