FR|ENAZ

Icmal

Luksemburq Azərbaycanın mustəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır.

1 iyun 1992-ci ildə iki olkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Almaniyadakı Səfiri Luksemburqda da akkreditə olunmuşdur. 15 mart 2005-ci ildən isə Azərbaycanın Belcikadakı Səfiri Luksemburqda akkreditə olunmuşdur.

21-22 aprel 1996-cı ildə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş”i imzalamaq məqsədilə Azərbaycan Prezidenti Heydər Əliyev Luksemburqa səfər etmiş, Boyuk Hersoq Jan və işguzar dairələrin numayəndələri ilə goruşmuş, ikitərəfli munasibətlərin inkişaf perspektivlərini muzakirə etmişdir.

22 iyun 1999-cu ildə Baş nazir A.Rasi-zadə “Avropa İttifaqı ilə Azərbaycan, Gurcustan və Ermənistan arasında əməkdaşlıq haqqında Saziş”i imzalamaq ucun Luksemburqa səfər etmiş, Luksemburq Boyuk Hersoqu Jan və Baş nazir Jan-Klod Yunker ilə goruşmuşdur.

30 oktyabr 2001-ci ildə Xarici İşlər Naziri V.Quliyev Avropa Birliyi və Azərbaycan arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” cərcivəsində Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək məqsədilə Luksemburqa səfər etmişdir.

2-3 may 2002-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Vilnusdə kecirilmiş iclası cərcivəsində Xarici İşlər Naziri V.Quliyev Luksemburq Xarici İşlər Naziri L.Polferlə goruşmuşdur.

24 may 2002-ci ildə Xarici İşlər Naziri V.Quliyev Azərbaycan və Luksemburq arasında diplomatik əlaqələrin qurulması munasibətilə Xarici İşlər Naziri L.Polferə təbrik məktubu gondərmişdir.

14 iyun 2002-ci ildə Prezident H.Əliyev Luksemburq Boyuk Hersoqluğunun milli bayramı-Boyuk Hersoqun ad gunu munasibətilə Boyuk Hersoq Anriyə təbrik məktubu gondərmişdir.

15-16 iyul 2002-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Luksemburq Baş nazirinin muavini və Xarici İşlər Naziri L.Polferin rəhbərlik etdiyi numayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı L.Polfer Prezident H.Əliyev, Xarici İşlər Naziri V.Quliyev, Konstitusiya Məhkəməsinin sədri X.Hacıyev, Ədliyyə Naziri F.Məmmədov, Milli Məclisin sədr muavini G.Baxşəliyeva, MM-də təmsil olunmuş siyasi partiyaların numayəndələri ilə goruşmuşdur.

7 dekabr 2004-cu ildə Xarici İşlər Naziri E.Məmmədyarov ATƏT-in Xarici İşlər Nazirlərinin Sofiyada kecirilmiş iclasında Luksemburqlu həmkarı J.Asselbornla goruşmuşdur.

10 yanvar 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Luksemburq Hersoqu Anriyə anasının vəfatı ilə bağlı baş sağlığı məktubu gondərmişdir.

14 mart 2005-ci ildə Azərbaycanın Belcikadakı və Luksemburqdakı səfiri A.Məmmədov etimadnaməsini Boyuk Hersoq Anriyə təqdim etmişdir.

5 dekabr 2005-ci ildə Xarici İşlər Naziri E.Məmmədyarov ATƏT-in Nazirlər

Şurasının Lyublyanada kecirilmiş iclası zamanı Luksemburqun Xarici İşlər Naziri J.Asselbornla goruşmuşdur.

15-17 iyun 2006-cı ildə Luksemburqun İqtisadiyyat və Xarici Ticarət Naziri Jannot Kreke Bakıda səfərdə olmuş və Azərbaycanın Baş naziri A.Rəsi-zadə, İqtisadi İnkişaf Naziri H.Babayev, Vergilər Naziri F.Məmmədov ilə goruşmuşdur.

2 oktyabr 2006-cı il tarixində AR Milli Məclisi “Azərbaycan Respublikası və Luksemburq Boyuk Hersoqluğu arasında gəlirlərə və əmlaka gorə vergilərə munasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun qəbul etmişdir.

16 may 2007-ci il tarixində E.Eyyubov Azərbaycan Respublikasının Luksemburq Boyuk Hersoqluğunda fovqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

20 sentyabr 2007-ci il tarixində Səfir E.Eyyubov etimadnaməsini Luksemburq Boyuk Hersoqu Anriyə təqdim etmişdir.

3-4 dekabr 2007-ci il tarixində Səfir E.Eyyubov Luksemburq Deputatlar Palatasının sədri L.Veiler, Xarici İşlər Naziri J.Asselborn və Baş nazirin diplomatik muşaviri M.Hentges ilə goruşmuşdur.

21-24 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri E.Rustəmovun başcılığı ilə Azərbaycanın aparıcı banklarının rəhbərlərindən ibarət numayəndə heyəti Luksemburqun maliyyə sistemi ilə tanışlıq məqsədi ilə bu olkəyə səfər etmişdir. 

13 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Lüksemburq Boyuk Hersoqluğunda fovqəladə və səlahiyyətli səfiri təyin edilmiş Fuad Isgəndərov etimadnaməsini Əlahəzrət Lüksemburqun Boyuk Hersoqu Anriyə təqdim etmişdir.

14 mart 2013- cü il tarixində Səfir Fuad İsgəndərov Lüksemburq Parlamentinin Sədri Loran Mozarla (Laurent Mosar) görüş keçirmişdir.