FR|ENAZ

İqtisadiyyat və ticarət

2011-cu ilin makroiqtisadi göstəriciləri

Valyuta:1 Avro = 100 avrosent
Maliyyə ili:Təqvim ili
ÜDM:41,6 milyard Avro
ÜDM-in illik artım faizi:2,7%
Adambaşına düşən ÜDM:82,1 min Avro
İnflyasiya dərəcəsi:3,3% (sentyabr 2011)
İşsizlik:6,0% (avgust 2011)
Birbaşa investisiyalar:70.469,1 milyon Avro
Xarici ticarət dövriyyəsi:
İxrac:10.683,9 milyon Avro
İdxal:15.567,7 milyon Avro
Əsas sahələr:Bank və maliyyə xidmətləri, dəmir və polad istehsalı, informasiya texnologiyası, telerabitə, yüklərin daşınması, qida emalı, kimya, metal məhsullar, maşınqayırma, təkərlər, şüşə, alüminium, turizm
Əsas ticarət partnyorları:Almaniya, Fransa, Belçika, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Hollandiya, Çin

(Mənbə: Lüksemburqun statistik məlumatlar portalı - 2011)

Qısa iqtisadi icmal

Bank

Lüksemburq iqtisadiyyatında bank ən böyük sektordur. Ölkə xarici fondların idarə olunması sahəsində ixtisaslaşmışdır. Lüksemburqun ölkədaxili bazarı nisbətən kiçik olduğuna görə, ölkənin maliyyə mərkəzi əsas etibarilə beynəlxalqdır. 2009-cu il martın sonunda Lüksemburqda 27.000 əməkdaşın çalışdığı 152 bank vardı. Siyasi sabitlik, yaxşı rabitə vasitələri, digər Avropa mərkəzlərinə asan çıxış, səriştəli çoxdilli personal, bank sirrini qoruma ənənəsi və xarici maliyyə ekspertlərinin mövcudluğu maliyyə sektorunun inkişafına səbəb olmuşdur. Skandinaviya, Yaponiya və böyük ABŞ bankları ilə, ən böyük vahid banklar qrupu üçün Almaniya hesabları da kütləvi şəkildə təmsil olunur. 2008-ci ilin sonunda ümumi aktivlər €929 milyardı keçdi. Lüksemburqda 9.000-dən artıq holdinq şirkəti yaradılmışdır. Avropa İnvestisiya Bankı da (Avropa İttifaqının maliyyə institutu) burada yeləşir.

Polad

Lüksemburqun iqtisadiyyat tarixində əsas hadisə 1876-cı ildə ingilis metallurgiyasının tətbiq edilməsi olmuşdur. Saflaşdırma prosesi Lüksemburqda polad sənayesinin inkişafı və 1911-ci ildə “Arbed” şirkətinin yaranması ilə nəticələndi.

Fransa ilə sərhəd boyu yerləşən dəmir və polad sənayesi iqtisadiyyatın vacib sektorları hesab olunur. Polad, ixracın (servis istisna olunmaqla) 29%-ni, ÜDM-in 1,8%-ni, sənaye sektorunda işləyənlərin 22%-ni və işçi qüvvəsinin 3,9%-ni təşkil edir.

Arbeddə sənayenin restrukturizasiyası və hökumətin sahiblik payının artması (31%) hələ 1974-cü ildə başlamışdı. Qurğuların vaxtında təkmilləşdirilməsi, istehsal və işsizliyin azalması, hökumət tərəfindən Arbed-in borcunun bir hissəsinin öz üzərinə götürülməsi və polada olan beynəlxalq tələbin son zamanlar dövri bərpası nəticəsində şirkət yenidən mənfəətli oldu. O, dünyada ən məhsuldar şirkətlər arasındadır. ABŞ bazarları Arbed məhsullarının 6%-ni təşkil edir. Şirkət böyük polad konstruksiya tirlərinin və xüsusi əlavə dəyər məhsullarının istehsalında ixtisaslaşmışdır. Buna baxmayaraq, polad sektorunda nisbətən azalma müşahidə olunmuş, lakin bu, Lüksemburqun maliyyə mərkəzi kimi meydana gəlməsi ilə kompensasiya olunmuşdur. 2001-ci ildə, Arbed, Aceralia and Usinor ilə qovuşmaqla, Arbed Arcelor oldu. Arcelor 2006-cı ildə Mittal Steel tərəfindən alındı və dünyada ən böyük polad istehsalçısı olan Arcelor-Mittal yarandı.

Telerabitə vasitələri

Hökumətin siyasəti Lüksemburqun audio-vizual və rabitə vasitələri mərkəzi kimi inkişafına kömək edir. “Radio-Télévision-Luxembourg” Avropanın əsas radio və televiziya yayıcısıdır. Hökumət tərəfindən dəstəklənən Lüksemburq peyk tele-rabitə şirkəti "Société européenne des satellites" (SES) 1986-cı ildə bütün Avropa boyu televiziya proqramlarının ötürülməsi üçün peyk telerabitə sistemini quraşdıraraq idarə etmək üçün yaradılmışdır. İlk SES Astra peyki, 16 kanallı RCA 4000 Astra 1A 1988-ci ilin dekabr ayında “Ariane Rocket” tərəfindən buraxılmışdır. SES hazırda gəlir nöqteyi-nəzərindən dünyanın ən böyük peyk xidmətləri şirkətidir.

Kənd təsərrüfatı

Lüksemburqun kiçik, lakin məhsuldar kənd təsərrüfatı sektoruna əsasən Avropa İttifaqı və hökumət tərəfindən yüksək dərəcədə maddi yardım olunur. Onun əməkdaşları işçi qüvvəsinin təxminən 1%-3% təşkil edir. Fermerlərin əksəriyyəti süd və ət istehsalı ilə məşğuldur. Moselle Vadisindəki üzüm bağlarından ildə 15 milyon litr quru ağ şərab istehsal olunur ki, bunun da əksəriyyəti Lüksemburqda və həmçinin Almaniya, Fransa və, daha az dərəcədə, Belçikada istifadə olunur.

Xarici investisiyalar

Lüksemburq xarici investisiya üçün əlverişli iqlim təklif edir. Sonrakı hökumətlər mətbuat, işıq və yüksək texnologiya sahələrinə effektiv şəkildə yeni investisiya cəlb etmişlər. Güzəştlər vergi, tikinti və zavod avadanlığını əhatə edir. ABŞ şirkətləri təkərlər (Goodyear), kimyəvi məhsullar (DuPont), şüşə (Guardian Industries) və geniş çeşidli sənaye avadanlığı istehsal edən ən qabaqcıl xarici investorlar arasındadır. ABŞ-ın birbaşa investisiyasının cari məbləği təxminən 1,5 milyarddır ki, bu da Şimali Amerika xaricində ABŞ-ın adambaşına düşən birbaşa investisiyasının ən yüksək səviyyəsidir.

Son onillik ərzində Lüksemburqun ticarət hesabı davamlı şəkildə kəsirlə üzləşmişdir, lakin maliyyə xidmətlərindən əldə olunan gəlirlər sayəsində ölkədə ümumi ödəniş balansında qalıq mövcuddur. Hökumət tərəfindən maliyyələşmələr ciddidir və büdcədə adətən qalıq qalır.

Xarici investisiyalar Hökumətin yeni invsestisiya layihləri üçün “one-stop-shop” İqtisadi İnkişaf Şurası tərəfindən idarə olunur və dəstək verilir.

Mühasibat prinsipləri

Hesabların yaradılması şirkətlərin ölçüsündən asılıdır və üç meyara istinad olunur: ümümi balans (hesabat ilinin itkiləri istisna olunmaqla ümumi aktivlər), təmiz dövriyyənin məbləği (təmiz məbləğ; o, bu cür mənfəət və itkilər hesabında qeyd olunur) və işçi qüvvəsinin orta sayı.

Mətbuat və iri şirkətlərə nəzarət Müstəqil Auditor Şirkətləri İnstitutunun üzvləri arasından ümumi yığıncağın təyin etdiyi bir və ya bir neçə müstəqil auditor şirkəti tərəfindən həyata keçirilir. Kiçik şirkətlərə nəzarət ümumi yığıncaq tərəfindən müəyyən müddətə təyin olunmuş mühasib tərəfindən həyata keçirilir. Müstəqil auditor rəyinin nəticəsi aşağıdakı kimi ola bilər:

  • Şərtsiz sertifikat, yəni təsdiq
  • Şərtlərlə sertifikat, yəni fikir ayrılığı və ya şübhələr səbəbindən şərtləri olan icazə
  • sertifikatın verilməsindən imtina

Mühasibat sistemində Dövlətin vacibliyi səbəbindən mühasiblər cəmiyətinin təşkil olunmasında çətinliklər vardır.

Əmək münasibətləri

1930-cu ildən etibarən əmək münasibətləri stabildir. Sənaye işçilərinin əksəriyyəti böyük partiyalardan biri ilə bağlı birliklər vasitəsilə təşkil olunmuşdur. Müəssisə və birliklərin nümayəndələri və hökumət böyük əmək müzakirələrinin aparılmasında iştirak edirlər.

Xarici investorlar adətən Lüksemburqun əmək münasibətlərini Böyük Hersoqluqda yerləşmənin əsas səbəbi hesab edirlər.

Foreign investors often cite Luxembourg's labour relations as a primary reason for locating in the Grand Duchy.

Enerji

1978-ci ildə, Lüksemburq 1200 Meqavatlıq atom reaktoru inşa etməyə cəhd etdi, lakin böyük protestlə üzləşmək təhlükəsini hiss etdikdən sonra bu planlardan əl çəkdi. Hazırda energi istehsalı üçün, idxal olunan neft və təbii qazdan istifadə edilir.

Nəqliyyat

Lüksümburqda effektiv quru yolu, dəmir yolu və hava nəqliyyatı qurğuları və xidmətləri mövcuddur. Yol şəbəkəsi, şəbəkəni qonşu ölkələrlə birləşdirən 147 km-lik şose çəkilməklə, son illər əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir. Parislə yüksək sürətli TGV-nin (Fransanın yüksək sürətli elektrik sərnişin qatarı) tətbiqi şəhərin dəmiryolu stansiyasının təzələnməsinə səbəb olmuşdur, digər tərəfdən son zamanlarda Lüksemburq Hava Limanında yeni sərnişin terminalı açılmışdır. Növbəti bir neçə il ərzində paytaxtda tramvay və qonşu ərazilərdə isə dar dəmir yolu xəttlərinin tətbiq olunması planlaşdırılır.