FR|ENAZ

Coğrafiya, tarix və mədəniyyət

Rəsmən Böyük Lüksemburq Hersoqluğu adlanan Lüksemburq Belçika, Fransa və Almaniya ilə həmsərhəd, Qərbi Avropada quru ərazilərlə əhatə olunmuş kiçik bir ölkədir. Lüksemburqun ərazisi təxminən 2.586 kvadrak kilometr (999 kvadrat mil), əhalisi isə yarım milyondan azdır.

Lüksemburq konstitusion monarxiyalı, parlament demokratiyalı dövlətdir; o, Böyük Hersoq tərəfindən idarə olunur. O, dünyanın yeganə qalmış suveren Böyük Hersoqluğudur. Ölkə, Beynəlxalq Maliyyə Fondu və Dünya Bankının məlumatlarına görə, dünyada adambaşına düşən ən yüksək Ümumi Daxili Məhsulla (ÜDM), yüksək inkişaf səviyyəli iqtisadiyyata malikdir. Onun tarixi və strateji əhəmiyyəti onun Roma erasının qalası kimi və Erkən Orta Əsrlərdə Fransız qrafının qalası kimi yaranması ilə bağlıdır. O, 16-17-ci əsrlərdə İspaniyanın bütün qərb yarımkürəsində və ondan kənarda təsirə malik, Avropada əsas güc olduğu zaman İspan yolu boyu vacib bastion olmuşdur.

Lüksemburq, iqtisadi, siyasi və hərbi inteqrasiya naminə siyasi konsensusu əks etdirən, Avropa İttifaqı, NATO, OECD, Birləşmiş Millətlər Təşkilatı, Benelux (Belçika, Niderland və Lüksemburqun gömrük-iqtisadi ittifaqı) və Qərbi Avropa Birliyinin təsisçi üzvüdür. Paytaxt və ən böyük şəhər olan Lüksemburq Avropa İttifaqının bir neçə institut və agentliklərinin yerləşdiyi yerdir.

Lüksemburq Roman Avropası ilə German Avropası arasındakı mədəni sərhəddə yerləşir və hər bir fərqli ənənədən adətləri götürmüşdür. Lüksemburq üçdilli ölkədir; alman, fransız və lüksemburq dilləri rəsmi dillər sayılır. Dünyavi dövlət olmasına baxmayaraq, Lüksemburqda əsas etibarilə Roma-katolik dininə qulluq edilir.

Hökumət və siyasət

Lüksemburq parlament demokratiyası tipli, konstitusion hökmdar tərəfindən idarə olunan dövlətdir. 1868-ci il konstitusiyasına əsasən, icra hakimiyyəti Böyük Hersoq və bir neçə nazirlikdən ibarət kabinet tərəfindən həyata keçirilir. Qubernator qanunverici hakimiyyəti buraxmaq və yenisini təşkil etmək hüququna malikdir, bu şərtlə ki, Böyük Hersoqun hüquqi icazəsi olmalıdır. Lakin, 1919-cu ildən, ali hakimiyyət Ali Məhkəməilə verilib.

Qanunverici hakimiyyət, dörd seçki orqanından birbaşa beş-illik müddətə seçilən altı üzvdən ibarət olan Deputatlar Palatasına verilmişdir. Böyük Hersoq tərəfindən təyin olunan adi iyirmi bir nəfər vətəndaşdan ibarət ikinci orqan olan Dövlət Şurası (Conseil d'État) qanunvericilik layihəsinin hazırlanmasında Deputatlar Palatasına məsləhətlər verir.

Böyük Hersoqluğun üç aşağı tribunalı (“justices de paix” – sülh məhkəməsi; Esch-sur-Alzette, Lüksemburq şəhəri və Diekriçdə), iki rayon tribunalı (Lüksemburq və Diekriç) və Appelyasiya və Kassasiya məhkəmələrinin daxil olduğu Yuxarı Ədalət Məhkəməsi vardır. Həmçinin, paytaxtda yerləşən İnzibati Tribunal və İnzibati Məhkəmə, habelə Konstitusiya Məhkəməsi vardır.

Rayonlar, dairələr və icmalar

Lüksemburq 3 rayona bölünür və onlar da öz növbəsində 12 dairə və 116 icmaya bölünürlər. İcmalardan on ikisi şəhər statusuna malikdir ki, bunlardan da Lüksemburq şəhəri ən böyüyüdür. Rayonlar Diekirç, Grevenmaxer və Lüksemburqdur.

Coğrafiya və iqlim

Lüksemburq Avropanın ən kiçik ölkələrindən biridir və dünyanın 194 müstəqil dövləti arasında öz ölçüsünə görə 175-cidir; ölkənin ərazisi təxminən 2,586 kvadrat kilometr (998 kvadrat mil), uzunluğu 82 km (51 mil) və eni 57 km-dir (35 mil). Lüksemburq şərqdən Rhineland-Palatinate və Saarland Alman Federal torpaqları və cənubdan Fransanın Lorran regionu ilə həmsərhəddir. Böyük Hersoqluq Belçikanın Valun Regionu, xüsusilə sonuncunun Lüksemburq və Lije əyalətləri ilə, və ən çoxu Belçikanın alman dilində danışan İcması ilə, müvafiq olaraq qərbdən və şimaldan həmsərhəddir.

Ölkənin şimaldan üçdə bir hissəsi “Oeslinq” kimi tanınır və Ardenin bir hissəsini təşkil edir. O, hündürlüyü 560 metr (1837 fut) olan Kneiff də daxil olmaqla, əsas etibarilə, təpə və dağlardan ibarədir. Regionda məskunlaşma seyrəkdir və yalnız bir şəhərdə (Vilts) dörd mindən artıq əhali məskunlaşıb.

Ölkənin cənubdan üçdə ikisi Gutland adlanır və Oeslinqlə müqayisədə əhali burada daha sıx məskunlaşmışdır. O həm də daha müxtəlifdir və beş coğrafi sub-regiona bölünə bilər. Lüksemburqun cənubi-mərkəzi hissəsindəki Lüksemburq yaylası böyük, düz, qumdaşlı formasiyadır və Lüksemburq şəhərinin yerləşdiyi yerdir. Lüksemburqun şərqindəki Kiçik İsveçrədə yer qayalıdır və sıx meşələr vardır. Moselle vadisi ən aşağı səviyyədə yerləşən regiondur və cənubi-şərqi sərhəd boyu uzanır. Uzaq cənubda və cənubi-qərbdə, Red lands (Qırmızı Torpaqlar) Lüksemburqun sənaye mərkəzi və ən iri şəhərlərinin yerləşdiyi yerdir.

Lüksemburqla Almaniya arasındakı sərhəd üç çay vasitəsilə formalaşıb: Moselle, SauerOur. Digər iri çaylar Alzet, Attert, KlervViltz-dir. Orta-Sauerin və Attertin vadiləri Gutland və Qesling arasındakı sərhədləri formalaşdırır.

Lüksemburq dəniz qərb sahili iqliminə malikdir, burada xüsusilə yayın sonunda rütubət yüksəkdir.

Etnik vəziyyət

Lüksemburq əhalisi lüksemburqlular adlanır. Yerli əhali Fransız və German qarışıqları ilə Kelt bazasına malikdir. Belçika, Fransa, Almaniya, İtaliya və Portuqaliyadan gələn (əksəriyyəti sonuncu ölkədən olmaqla) mühacirlərin hesabına iyirminci əsrdə əhalinin sayı artmışdır. 2001-ci ilin siyahıyaalmasına əsasən, Portuqaliya millətindən olan əhalinin sayı 58.657 olub. Yuqoslaviya müharibələri başladıqdan sonra, Lüksemburqa Bosniya və Hersoqovina, Monteneqro və Serbiyadan çoxlu sayda mühacirlər gəlmişlər. Lüksemburqa ildə 10.000-dən artıq, xüsusilə də Avropa İttifaqı dövlətlərindən, həmçinin Şərqi Avropadan mühacirlər gəlirlər. 2000-ci ildə, Lüksemburqda mühacirlərin sayı 162.000 nəfər olmuşdur ki, bu da ümumi əhalinin 37 fazizi deməkdir. 1999-cu ildə Lüksemburqda, sığınacaq axtaranlar da daxil olmaqla, təxminən 5.000 sənədsiz mühacir olmuşdur.