FR|ENAZ

Vergi sistemi

Lüksümburq Böyük Hersoqluğu bütün dünyada xarici investorlar üçün sərfəli və cəlbedici mühit yaradan stabil qanunvericilik və siyasi ideyalara əsaslanan liberal və praqmatik sistemi ilə tanınır. Münasib və effektiv idarəetməyə əsaslanan maliyyə sisteminin keyfiyyəti Lüksemburqda öz biznesini qurmaq və ya vəsaitlərini investisiya qoymaq istəyən insanlar üçün bir başqa üstünlükdür.

Korporativ vergi dərəcələri aşağıdakılara əsaslanır:

  • korporativ gəlir vergisi
  • kommersiya gəlir vergisi
  • var-dövlət vergisi
  • sair dolayı vergilər

Korporativ gəlir vergisi

Bütün rezident və ya xarici şirkətlər gəlir vergisi ödəyirlər. Rezident şirkətlər üçün vergilər Avropa Sazişi və Lüksemburqla bir sıra ölkələr arasında mövcud olan İkiqat Vergitutma haqqında Sazişə əsasən tətbiq olunan azadetmələr nəzərə alınmaqla, onların qlobal gəlirinə tətbiq olunur.

Vergi tutulan məbləğ vergidən azad olunan gəlirlər (məsələn, iştiraklar üzrə kapital gəlir, vergidən azad dividendlər, başqa ölkələrdəki daimi müəssisə və s.) çıxıldıqdan sonra maliyyə ili ərzində şirkətin təmiz aktivlərindəki artım üzrə hesablanır. 1 yanvar 2009-cu il tarixindən etibarən gəlir vergisi 28.59%-dir.

Bölüşdürülən dividendlər vergi bazasına əlavə olunur və benefisiarın statusundan asılı olaraq mənbədə tutulan vergi tətbiq oluna bilər (fiziki şəxslər üçün 15%, və əgər «vergi alınan saziş şirkəti» nə ödənilərsə, sıfıradək azaldıla bilər). İkiqat Vergitutma haqqında Sazişlər paylanılan dividenlərə və bir sıra başqa ölkələrə müəyyən azaltmalar və ya azadetmələrə imkan verir (Aİ ölkləri).

Digər Aİ Direktivi Avropa daxilində assosiativ şirkətlərlə faiz və royaltilərin ödənişinə də tətbiq olunur. Mənbədə tutulan vergilər Avropa daxilində faiz və dividendlərin ödənişinə tətbiq olunmur, bu şərtlə ki, onlar şirkətlər qrupu arasında ödənilmiş olmalıdırlar. Royaltilər üzrə mənbədə tutulan vergilər ləğv olunmuşdur (həm rezidentlər, həm də qeyri-rezidentlər üçün).

Kommersiya vergisi

Bu vergi 1 yanvar 2002-ci il tarixindən 28,59%-lik gəlir vergisinə daxil edilmişdir. Var-dövlət vergisi, vergi dövrünün sonunda balans hesabatında göstərilən Təmiz Aktivlərə hesablanır (Ümumi var-dövlət–borclar- azadolmalar). Əhəmiyyətli iştiraklar vergidən azaddır. Dərəcə 0.5%-dır.

Şirkət yaradılarkən, onun kapitalı 1 yanvar 2009-cu il tarixindən hər hansı rüsum vergisinə cəlb olunmur (75 Avro məbləğində dəyişməz kapital rüsumu ilə əvəz olunmuşdur). Eyni hal kapitalın artımına (nağd və ya natura formasında) və ya səhmlər üzrə mükafata aiddir.

Şirkətlərə daşınmaz əmlak formasında qoyulan vəsaitlərə, səhmlərlə ödənildiyi zaman, 1,1% dərəcəsi ilə vergi təyin olunur.

Lakin, daşınmaz əmlakın sahibliyi dəyişdikdə Qeydiyyat Vergisi tətbiq olunur. Ümumilikdə, 6% dərəcəsi plyus Kommersiya vergisi ilə proporsional rüsum ödənilməlidir.

Aşağıda Korporativ Vergilərin Dərəcələri verilir (rezident şirkətlər üçün–Holding 1929 –SPF istisna olunmaqla):

Korporativ vergi dərəclərinin icmalı

Korporativ vergi:28,59%
Var-dövlət vergisi:0,5%
Mənbədə tutulan vergi:Faizlər0%
Dividendlər0 - 15%
Royaltilər0 - 10%
Kapital üzrə vergi:0%