FR|ENAZ

Dağlıq Qarabağ münaqişəsi

1987-ci ilinx sonunda Ermənistan Sovet Sosialist Respublikası (aşağıda Ermənistan SSR adlandırılacaq), Azərbaycan Sovet Sosialist Respublikasının (aşağıda Azərbaycan SSR adlandırılacaq) Dağlıq Qarabağ Muxtar Vilayətinin (aşağıda Dağlıq Qarabağ adlandırılacaq) ərazisinə öz iddialarını açıq-aşkar elan etdi. Bu, azərbaycanlıların Ermənistan SSR və Dağlıq Qarabağdan kütləvi şəkildə qovulmasına, eləcə də Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən birtərəfli ayrılmasına yönəlmiş bir sıra qanunsuz qərarların qəbul olunmasına təkan verdi.

SSRİ-nin dağılması, erməni millətçilərinin əl-qolunu tamamilə açdı. 1991-ci ilinx sonu 1992-ci ilin əvvələrində münaqişə hərbi mərhələyə keçdi. Ermənistan Azərbaycanın ərazisində döyüş əməliyyatlarına başladı. 1992-1993-cü illərdə Azərbaycan ərazisinin bir qismi, o cümlədən Dağlıq Qarabağ və bir neçə ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu. Azərbaycana qarşı başlanan bu müharibə nəticəsində minlərlə insanlar həlak oldu, xəsarət aldı. Yüz minlərlə insanlar qaçqın düşdü və digər yerlərə köçürülmək məcburiyyətiylə qarşılaşdılar. Minlərlə insanlar itgin düşdülər. Bu müharibə ərzində ağır beynəlxalq cinayətlər törədilmişdir.

Ümumiyyətlə, bu münaqişənin hüquqi və siyasi həlli yolları Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrində, habelə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) və digər beynəlxalq təşkilatların bu məsələyə aid olan sənədlərində əksini tapan beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bu sənədlərdə, digər məsələlərlə yanaşı, təsdiq olunur ki Azərbaycan Respublikası ərazisinin işğalı Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün ciddi pozulması deməkdir.

Beynəlxalq sülh və təhlükəsizlik vəzifələrini öz üzərinə götürən Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinə və digər müvafiq sənədlərinə məhəl qoymamagla Ermənistan, dağıdıcı və militarist siyasətinin həqiqətən kim tərəfindən aparılmasını açıq-aşkar nümayiş etdirir.

Azərbaycan Respublikasına « ermənilərə qarşı irqi nifrət və dözümsüzlük yaymaq, anti-erməni təbliğatı aparmaq» ittihamı irəli sürən Ermənistan, heç nəyə məhəl qoymadan bütün ərazisini geyriermənilərdən təmizləyərək monoetnik ölkəyə çevrilmişdir. Ermənistandan fərgli olarag, Azərbaycan Respublikası öz etnik müxtəlifliyini bu günə kimi goruyub saxlayir.
Azerbaijana qarşi muharibəyə başlayan və buna görə əsas məsuliyyəti üzərində daşıyan Ermenistan, uzunmüddətli münagişəyə son goymaq naminə regionda sülhün bərpası, təhlükəsizlik və sabitlik yaratmag əvəzinə, münaqişənin artırılmasına üstünlük verir. Bu da öz növbəsində, gözlənilməz nəticələrə səbəb ola bilər. Yuxarıda göstərilən memorandum və digər sənədlərdə əks olunan Ermənistanın mövgeyi, onu deməyə əsas verir ki, Ermənistan tərəfi, barışıq və sülh naminə, doğru və səmərəli addımlar atmag fikrində belə deyil.

Ermənistanın təxribat xarakterli mövqeyi və döyüşkən ritorikası, hazırkı sülh səylərinə və münəgişənin siyasi yolla həlli perspektivlərinə meydan oxumaq, təcavüzkar müharibə təbliğatı aparmaq, Azərbaycan Respublikası tərəfindən - regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratmaq kimi qiymətləndirilir.
Aşağıda göstərilən məlumatlar Ermənistanın tarixi, etnik və dini xurafatina əsaslanmış, öz ölkəsi ilə bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində mono-etnik mədəniyyəti yaradılmasına yönəlmiş, təcavüzkar, işğalçı və diskriminasiya siyasətini nümayiş edir.

Bu baxımdan, Azərbaycan ümid edir ki beynəlxalq ictimaiyyəti Ermənistanı onun dağıdıcı siyasətin həyata keçirilməsinə son goymaqda, ümumi qəbul edilmiş norma və prinsiplərinə hörmət etməkdə, münaqişənin davamlı həllini tapmaq üçün vicdanla danışıqlar aparmaqda inandıracag.

Hadisələrin xronologiyasına öz şərhlərini verərək, Ermənistan tərəfi adətən faktiki vəziyyət ilə bağlı bir sıra mühüm amillər haqqda susur.
Münaqişənin hazırkı mərhələsinin başlanğıcı Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1988-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı.

20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.

22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

26-28 fevral 1988-ci il tarixində Sumqayıt iğtişaşları nəticəsində iyirmi altı erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri ermənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni Eduard Qriqoryan idi. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurbanlarının ifadələri göstərir ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə ermənilərə qarşı özünün şəxsən iştirakı ilə intiqam aktlarına çağırırdı. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanımışlar. Əslində erməni rəhbərliyinə geniş anti-Azərbaycan kampaniyasına başlama və Azərbaycana qarşı təcavüzkar addımlara bəraət qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış və hazırlanmışdı.

Yuxarıda geyd olunan 20 fevral 1988-ci il tarixli vəsatətdən sonra Ermənistan SSR-ı və Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən, Muxtar Vilayətin Azərbaycanın tərkibindən bir tərəfli çıxarılmasını təmin etmək üçün, bir sıra digər bəyannamə və qərarlar qəbul edilmişdir.

Ermənistan belə bir fikirə malikdir ki «SSRİ-nın dağılmasından sonra keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində iki dövlət yaradılmışdır: Azərbaycan Respublikası və Dağlıq Qarabağ Respublikası» (aşağıda DQR adlandırılacaq), «və bu iki dövlətin yaradılmasının oxşar hüquqi əsası var». Bununla yanaşı, Dağlıq Qarabağın «müstəqil» olması, öz müqəddəratını təyinetmə hüququnu eks etdiren prosesin davamıdır.

Lakin, bu yanaşmanın heç bir əsası yoxdur. Azərbaycanın müstəqilliyinin bəyannaməsi ərəfəsində, Sovet hüquq sisteminə əsasən qanunsuz olan, Dağlıq Qarabağın birtərəfli qaydada, Azərbaycanın razılığı olmadan ayrılma cəhdlərinin qeyri-qanuni xarakter daşıması, Ali konstitusiya səviyyəsində təsdiq edilmişdir.

Öz müqəddəratını təyin etmək və müstəqil Azərbaycan Respublikasının tərkibindən çıxmağa yönəlmiş fikirlər, torpağların bütövlüyü haqqında ümümgəbulolunmuş qaydalara və Azərbaycan tərəfinin xahişi ilə Təhlükəsizlik Şurası və Baş Assambleyanın sənədlərində-«Dövlətlərin ərazi bütövlüyünün əsasları və öz müqəddəratını təyin etmək hüququ adı ilə Ermənistanın iddiaları haqqında» hesabatda öz əksini tapmışdır.

Azərbaycan, «DQR»-ın Azərbaycan Respublikasının tərkibindən ayrılmasına nəinki razılıq verməmişdır (o hər zaman mütamadi olaraq, buna qarşı etiraz etmişdır) və bu günə kimi «DQR» müstəqil bir qurum kimi heç bir dövlət və beynalxalq təşkilat tərəfindən tanınmamışdır. Hətta, «DQR»-a iqtisadi, siyasi və hərbi köməklik göstərən Ermənistan belə bunu etməmişdir.

Yuxarida geyd olunanlardan bu qənaetə gelmek olar ki, Ermənistanin «DQR»-in müstəqilliyi haqqında yürütdüyü mülahizələr, beynəlxalq hüquq normalarına əsaslanmır ve bunun heç bir hüquqi bazası yoxdur.

1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.

Ermənistan Respublikasının Azərbaycana qarşı ilk hərbi müdaxiləsi, Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonraya təsadüf edir. Belə ki,1992-ci ilinx fevral ayında, Ermənistan Respublikasının hərbi birləşmələri zirehli texnika ilə Azərbaycanın Xocalı şəhərinə hucum etmiş və nəticədə Xocalı əhalisi misli görünməmiş qırğına məruz qalmişdır.

Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Faciəvi gecəyədək şəhərdə qalmış Xocalı sakinləri (təxminən 2 500 nəfər) hücum başlayandan sonra azərbaycanlıların yaşadığı ən yaxın yerə yol tapmaq ümidi ilə evlərini tərk etməyə cəhd göstərdilər, lakin onların planları puça çıxdı. İşğalçılar Xocalını dağıtdılar və dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirdilər. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi hissələrin Xocalı və ətraf əraziləri tərk etmək iqtidarında olmayanların, demək olar, heç birinə rəhmi gəlmədi. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1 275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır.

Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir: diri-diri yandırılmış, başının dərisi tükü ilə birlikdə soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış və hamilə qadınların qarnı süngülənmişdir.

Həmin gecə, hətta uşaqlar amansızcasına qətlə yetirildilər. Əhalinin qəsdən öldürülməsi faktı bir daşa sübut edirdi ki,25-26 fevral 1992-ci il tarixdə Xocalıda törədilən kütləvi insan qırğını ancaq ona görə idi ki,onlar azərbaycanli idi. Xocalı şəhəri Azərbaycan ərazisinin ardımlı işğalına və etnik təmizləməsinə qarşı ilk addım kimi seçilmişdir. Bu dəhşətli soyqırımın məqsədi insanların qəlbində qorxu yaratmaq, vahimə və panika yaymaq idi.
1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.

1980-ci illərin sonlarında Ermənistan, Azərbaycana qarşi öz ərazi iddialarını irəli sürməyə başladı.Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisi olan, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayan erməni terrorist təşkilatı kimi tanınan (ASALA), erməni soyqırımına qarşi ədalət döyüşçüləri və erməni ingilab ordusu adlı təşkilatlar, öz mərkəzlərini-Yaxın Şərg,Gərbi Avropa və Şimalı Amerikadan keçmiş Sovet Respublikalarının ərazilərinə köçürdülər.

1980-ci ildən etibarən, erməni terror təşkilatı olan (ASALA)və onunla sıx əlagədə olan digər erməni təşkilatları tərəfindən Azərbaycana qarşı törədilən terror aktları nəticəsində, bunların icində, avtomaşın,dəmir yolu,su və hava nəqliyyatında törətdikləri təxribat nəticəsində, 2000-dən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur ki,onların da böyük əksəriyyəti qadınlar, yaşlılar və uşaqlardır.

Bundan əlavə, Azərbaycana qarşı hücum məqsədi ilə Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi barədə danılmaz faktlar vardır.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmiş, 20.000 insan həlak olmuş, 50 000 nəfər yaralanmış və ya əlil olmuş və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşmüşdür.

Xüsusi ilə qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqınları, öz dədə-baba torpağlarını məcburi şəkildə tərk etmişlər.Belə ki, Ermənistan və onun silahlı qüvvələri məqsədyönlü şəkildə, etnik təmizləmə və regionda monoetnik mədəniyyətin yaradılmasına çalışırdılar.

12 may 1994-cü il tarixində atəşkəs imzalanmışdır, lakin Ermənistan atəşkəsi pozmaqda davam edir. 2003-cü ilin yayından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artmışdır. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər.

Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. İşğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana və tibbi avadanlıq yandırılmış və ya yararsız hala salınmışdır. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılmış və ya qarət edilmişdir. Yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli əlyazma yandırılmış və ya məhv edilmişdir. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edilmişdir. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edilmişdir. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılmışdır. Yüz minlərlə qoyun və minlərlə mal-qara sürüsü işğal edilmiş ərazilərdən Ermənistana aparılmışdır. Azərbaycan otlaqlarının 70%-i işğal olunmuş ərazilərdə qalmışdır.

Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə kilometr yol, minlərlə kilometr su və qaz kəməri və çoxlu sayda qaz paylama məntəqəsi dağıdılmışdır. Azərbaycana qarşı müharibə həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsinə ciddi ziyan vurmuşdur.

Rəsmi Erevanın çoxsaylı bəyanatlarında bildirilir ki, Ermənistan, Azərbaycan torpaqlarının işğalında bir başa iştirak etməmişdir və «Dağlıq Qarabağ öz müstəqilliyini beynəlxalq hüquq normalarına əsasən əldə etmişdir». Lakin, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi aqressiyası barədə çoxsaylı məlumatlar var idi.Eyni zamanda «DQR», quruluş etibarı ilə,qeyri-qanuni və etnik təmizləmə siyasəti nəticəsində yaranmışdır. «DQR» və onun ətrafında olan işğal olunmuş ərazilər, faktiki olaraq Ermənistanın nəzarəti altında qalmaqdadır.

Əslində, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsindən əvvəl və sonrakı müddət ərzindəki hərəkətlərində hüquq normalarının pozulması əks olunur.Bu da öz növbəsində, digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, həmçinin beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, güc tətbiq etməməkdən ibarətdir.

Artıq, beynəlxalq səviyyədə gəbul olunmuşdur ki, Azərbaycan Respublikasının əraziləri işğal altında qalmaqdadır. Belə bir halın yaranmasında və qorunub saxlanmasında Ermənistanın müstəsna iştirakını BMT, Avropa Birliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və ayrı-ayrı dövlətlər tanımışlar. Beynəlxalq hüquq normalarına əsasən, Ermənistan işğalçı dövlət olaraq tanınır.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalının həlledici mərhələsi 1991-ci ilin sonlarına təsadüf edir. SSRI-nin dağılması və yeni dövlətlərin yaranması nəticəsində, 2 keçmiş Sovet Respublikalarının (Azərbaycan-Ermənistan) arasında olan münaqişə, beynəlxalq münaqişəyə çevrildi.

Ermənistan hərbi təcavüzün əlverişli nəticələrindən yararlanaraq, hazırkı status quo vəziyyətini qoruyub-saxlamağa və möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa yönəlmiş fəaliyyəti ilə fait accompli vəziyyəti yaratmağa çalışır. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal gətirmək olar.

Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya mənbəyinə əsasən, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülmüşdür. Ermənistan işğal olunmuş ərazilərdə erməni əhalisinin sayını 2010-cu ilədək 143 000-dən 300 000 nəfərədək artırmaq niyyətindədir.

Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövqelerini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində silahlara nəzarət mexanizmi işləmir. Bu da öz növbəsində, işğal olunmuş ərazilərdə toplanmış külli miqdarda silah və sursatın üzərində beynəlxalq nəzarətin olmaması, regionda sülh və təhlükəsizliyə ciddi təhlukə yaradır.

İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi. Bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi.

29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı.

ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar-5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı. Faktaraşdırıcı missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu.

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur.

7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul etdi.

BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzunmüddətli təsirinin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırdı. Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırdı.

ATƏT-in 2-12 oktyabr 2006-cı il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və “yanğınların ətraf mühit və iqtisadiyyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi.

14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul etdi. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsinin zəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi.

Baş Assambleyanın 62/243 saylı qətnaməsinin 8-ci bəndinə uyğun olaraq, Assambleyanın Baş katibi, Assambleyanın 63-cü sesiyasında yuxarıda geyd olunan qətnamənin həyata keçirilməsi barədə ətraflı hesabat verməlidir. 30 mart 2009-cu il tarixdə dərc olunmuş hesabatda, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrdən alınan cavablar işıqlandırılmışdır.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. Sammit həmçinin silahlı münaqişənin dayandırılmasına dair Tərəflər arasında saziş əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və sülhyaratma əməliyyatlarını hazırlayan Vyana mərkəzli Yüksək Səviyyəli Planlaşdırma Qrupunun yaradılması ilə bağlı qərar qəbul etdi. YSPQ 1993-cü ilin may ayında yaradılan İlkin Əməliyyat Planlaşdırma Qrupunu əvəz etdi.

23 mart 1995-ci il tarixində ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi.

2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu.

ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etdi. Həmin prinsiplər aşağıdakılardır:

  • Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü; 
  • Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna əsaslanan sazişlə müəyyən olunmuş və ona Azərbaycan daxilində ən yüksək özünüidarəetmə statusu verən hüquqi statusu; 
  • Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün Tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət 

Lissabon sammitindən sonra 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradıldı (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya (1995) və Finlandiya (1995-1996) sədrlik etmişlər). 1997-ci ilin aprel ayından etibarən həmsədrlərin bölgəyə səfərləri intensiv xarakter almağa başladı. 1 iyun 1997-ci il tarixində həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər. Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi.

19-23 sentyabr 1997-ci il tarixlərində həmsədrlər bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın və Şuşa məsələləri həll olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri qəbul olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi. 10 oktyabr 1997-ci il tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza” olduğunu bildirdilər.

Lakin 1998-ci ilin fevral ayında Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürdü.

9 noyabr 1998-ci il tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürdülər. Bu konsepsiyaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyinə və Lissabon prinsiplərinə zidd olması səbəbindən rədd etdi. Bundan sonra heç bir yeni təklif irəli sürülmədi və Minsk prosesi çıxılmaz vəziyyətə düşdü.

Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında münaqişənin həllinə nail olunması məqsədilə birbaşa görüşlər başladı.

ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar başladı.

Münaqişəni tənzimləmək ücün atılan bəzi müsbət addımlara baxmayaraq,tərəflər arasında əhəmiyyətli dərəcədə irəliləyiş baş tutmadı. 22 uyun 2006-ci il tarixdə Minsk grupunun həmsədrləri tərəfindən ATƏT-in daimi Şurasına verilən məlumatda bildirilir ki,münaqişənin tənzimlənməsinin əsas prinsiplərinə uyğun olaraq,tərəflərin razılığa gəlməsi ücün, Minsk qrupu son 7 ay ərzində böyük səylər göstərmişdir.Bu məqsədlə onlar 3 dəfə birgə və dəfələrlə ayrılıqda Bakı və Irəvana səfərlər etmiş, 2 dəfə Azərbaycan və Ermənistan Xarici Işlər nazirlərinin,2 dəfə isə ölkə başçılarının görüşlərini təşkil etmişlər.

2006-cı ilin may ayında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq, həmsədr ölkələrin Xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər etmişdir. Səfərin məqsədi Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün 2006-cı ilin mühüm “imkan pəncərəsi” yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi.

ATƏT-in Minsk qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Onlar məsələyə aydınlıq gətirərək bəyan etdilər ki, yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi. Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tutulurdu. Buna baxmayaraq, həmsədrlər bəyan etdilər ki, prezidentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işində öz yaradıcılıqlarının zirvə nöqtəsinə çatmışlar. Həmsədrlər bildirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaşmaya nail olunması məqsədilə birlikdə çalışmalıdırlar. Həmsədrlər hazırkı mərhələdə intensiv “məkik diplomatiyası”-nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar.

Minsk qrupu həmsədrlərinin bəyanatına və danışıqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermənistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək onu da bildirdi ki, Azərbaycan ərazilərinin davam edən işğalı və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və Konstitusiyasına uyğun olaraq, ən yüksək səviyyəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etdi. Xarici İşlər Nazirliyi bölgənin gələcək inkişafını nəzərə alaraq, beynəlxalq təcrübədə mövcud olan presidentlərə uyğun şəkildə obyektiv şəraitin yaradılması məqsədilə münaqişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qarabağın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, XİN bölgədə ədalətli və daimi sülhün əldə olunması üçün Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan etmişdir.

13 iyul 2007-ci il tarixində ATƏT-in Minsk qrupu həmsədrləri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra münaqişənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəyanat yaydılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı, əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair razılaşma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqe fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna, eləcə də Bakı və Yerevana birgə səfər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiymətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addımı adlandırdılar.

Baş Assambleyanın 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnaməsinin qebulundan sonra,Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyinin bəyannaməsində açiq-aydın bildirilir ki, ATƏT Minsk qrupunun hazırladığı münaqişənin sülh yolu ilə tənzimlənməsinin «əsas prinsiplərə uygun» layihə sənədi,problemi həll etmək əvəzinə,daha çox ədavət və həll olunmayan məsələlər yaradır.

2 noyabr 2008-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskvada Bəyannamə imzaladılar. Bəyannamədə “münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlərə əsaslanmalı olduğu” vurğulanır. Digər sənədlərlə yanaşı, buraya 1993-cü il BMT Təhlükəsizlik Şurasının, eləcə də 2006 və 2008-ci il BMT Baş Assambleyasının məlum qətnamələri daxildir. Bununla yanaşı, Bəyannamədə vurğulanır ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həlli regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Beləliklə bu sənəd Ermənistanın münaqişənin son həlli və onun əsas nəticələrinin aradan qaldırılmasından öncə regional əməkdaşlığa üstünlük verilməsi ilə bağlı iddialarını heçə endirir.

ATƏT-in Nazirlər Sovetinin iclas və sammitlərində mütamadi olaraq, münaqişənin tənzimlənmə məsələsinə baxılır, münaqişənin sülh danışıqları yolu ilə və beynəlxalq hüquq normalarına əsasən tezliklə həll olması qeyd olunur.

2005-ci ilin yanvar sessiyasında ASPA-nın « Dağlıq Qarabağ münaqişəsi dair » 1416 sayli qətnaməsi qəbul edilmişdir. Parlament Assambleyası Azərbaycan ərazilərinin işğalını təsdiq etmiş və bu haqqda öz narahatlığını bildirərək,qeyd etmişdir ki, hərbi əməliyyatlar və milli zəmində baş vermiş düşmənçilik, əhalinin kütləvi şekildə qovulması və monoetnik bölgələrin yaradılması, görünməmiş etnik təmizləmənin təzahürüdür. Bundan əlavə, Assambleya bəyan etmişdir ki,digər dövlətlərin ərazilərini işğal edən dövlət, Avropa Şurası-nın üzvü kimi üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozur. Habelə, öz yurdlarını məcburi tərk etmiş əhalinin öz evlərinə təhlükəsiz və layiqli qayıtmasıını tövsiyyə etmişdir. Assambleya həmçinin,Təhlükəsizlik Şurasının qətnaməsini əsas tutaraq, tərəfləri qətnamənin sərtlərinə əməl etməyə, xüsusilə də hərbi birləşmələrin bütün işğal olunmuş ərazilərdən çixarılmasını təkidlə tələb etmişdir.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi ATƏT çərçivəsində uzun sürən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və nəticə verməməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə konstruktiv həllinə tərəfdar olmaqda davam edir.

Azərbaycan hökumətinin məqsədi bütün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olmaqdır.

Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycan daxilində statusunu işləyib-hazırlamaq, onun modelini və hüquqi çərçivəsini müəyyən etməkdir. Azərbaycan tərəfi inanır ki, hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır.

Münaqişə tərəflərinin Dağlıq Qarabağın Azərbaycan daxilində özünüidarə statusunun müzakirələrinə başlaması mərhələsinə çatması üçün bir sıra mühüm addımlar atılmalıdır.

Birinci, münaqişənin həlli kontekstindən hərbi işğal amili kənarlaşdırılmalıdır. Tutarlı səbəblər olmadan ərazilərin geri qaytarılmasının gecikdirilməsi onsuz da çətin olan nizamlama prosesini mürəkkəbləşdirə bilər.

İkinci, bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa olunmalıdır. Məlum məsələdir ki, Dağlıq Qarabağın statusu yalnız və yalnız erməni və azərbaycanlı icmalarının yanaşı yaşayışı şəraitində və hər iki icmanın birbaşa iştirakı ilə müəyyən oluna bilər.

Üçüncü, Dağlıq Qarabağın yeni özünüidarə statusu işlənib-hazırlananadək Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni icmasının yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə yaradılmalıdır.

Dördüncü, bölgə iqtisadi cəhətdən inkişaf etdirilməli və bərpa olunmalıdır. Bu, həyatı normallaşdırma prosesi və iki icmanın dinc yanaşı yaşaması və əməkdaşlığının bərpası üçün mühüm addımdır. Buraya iki icma, eləcə də Azərbaycan və Dağlıq Qarabağın mərkəzi hakimiyyət orqanları arasında iqtisadi əlaqələrin bərpası və inkişafı, hər iki istiqamətdə hər iki tərəfin qarşılıqlı istifadəsi üçün kommunikasiyaların bərpası və açılması da daxildir. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ bölgəsinin erməni əhalisi Ermənistanla, Azərbaycan da Laçın dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmaq imkanı əldə edəcəkdir.

Beşinci, iki icma arasında humanitar sahədə əməkdaşlıq, təhsil və dözümlülük kimi xüsusi proqramlar həyata keçirilməlidir.

Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh sazişinin yerinə yetirilməsinə gəldikdə, o, həmin sazişlə hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər, eləcə də böyük dövlətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla, müvafiq beynəlxalq zəmanətlərlə təmin edilməlidir.

Aydındır ki, sülh prosesinin müvəffəqiyyəti həmçinin tərəflərin konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal yardımından asılıdır.

Bununla belə, Ermənistanın məsələ ilə bağlı tutduğu mövqe üzündən nəzərəçarpan müsbət dəyişikliyə ümid etmək çox çətindir. Əslində münaqişənin lap başlanğıcından Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi güc yolu ilə ərazi ələ keçirmək və işğal edilən ərazilərin demoqrafik tərkibini dəyişmək olmuşdur. Məhz birtərəfli ayrılmaya nail olmaq məqsədilə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi işğal olunmuş rayonlar üzərində nəzarəti saxlamaq istəyir, azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını alır və beləliklə də hər iki icmanın fikirlərinin bərabər əsasda nəzərdən keçirilməsini əngəlləyir. Aydındır ki, Ermənistanın məsələyə bu cür yanaşması münaqişənin həlli üçün möhkəm təməl rolunu oynaya bilməz.

Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ərazi bütövlüyü məsələsində əsla güzəştə getməyəcək və beləliklə də münaqişənin Ermənistan tərəfinin zorla qəbul etdirməyə çalışdığı “fait accompli”, yəni baş tutmuş fakt anlayışı əsasında həllini qəbul etməyəcək. Vəziyyətin bu cür saxlanılması qanunun aliliyi və insan hüquqlarının pozulmasının nəticələrini qəbul etmək, yaxud başqa sözlə desək, zorakılığın ədalət üzərində qələbə çalması demək olardı.

Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının demokratiya və inkişafdan tam və bərabər qaydada yararlanaraq dinc yanaşı yaşaması əsasında həll oluna bilər.

Münaqişənin tezliklə həlli üçün konkret perspektivin olmaması və “nə sülh, nə də müharibə” vəziyyətinin davam etməsi Azərbaycanın demokratik təhlükəsizliyi, müstəqilliyi və inkişafına daimi və birbaşa təhdiddir. Bu, eyni zamanda bütün Cənubi Qafqaz regionunda qeyri-sabitliyin əsas mənbəyidir.

Sənədlər: