FR|ENAZ

Oktyabrın 27-də Parisin məşhur "Salle Pleyel" sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Oktyabrın 27-də Parisin məşhur "Salle Pleyel" sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib
27 October 2012

AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edərək 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin keçdiyi inkişaf yolundan danışdı.

"Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir", - deyən Heydər Əliyev Fondunun prezidenti müstəqillik illərində Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişaf etdiyini bildirdi.

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa etmişlər.

Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Back to the list