FR|ENAZ

Forbes: Azərbaycan sabit iqtisadiyyatı və zəngin mədəniyyəti olan ölkədir

Forbes: Azərbaycan sabit iqtisadiyyatı və zəngin mədəniyyəti olan ölkədir
11 July 2012

Dünyanın ən nüfuzlu iqtisadi nəşrlərindən olan "Forbes" jurnalında Azərbaycana həsr edilmiş məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə deyilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ bir sıra müstəqil dövlətlərlə münasibətlər qurdu.

"Lakin son 20 ildə ABŞ üçün bu ölkələrdən çoxu Azərbaycan qədər dəyərli olmadı. Biz hamımız Azərbaycanı sabit iqtisadiyyatı, zəngin mədəniyyəti olan ölkə kimi və siyasətin aktuallığını nəzərə alaraq başa düşməliyik", - məqalədə qeyd edilir.

Məqalədə deyilir ki, dünyanın ən qeyri-sabit regionlarından birində yerləşən Azərbaycan qlobal mənada ABŞ-ın az tanınan və lazımi qədər qiymətləndirilməmiş. müttəfiqidir.

Məqalə müəllifi hesab edir ki, İran, Rusiya, Gürcüstan və Ermənistan ilə sıx coğrafi sahəni bölüşmək asan deyil, lakin bu müsəlman ölkəsində azərbaycanlılar regiondakı ən qərbyönümlü, liberallaşdırılmış cəmiyyətlərdən biridir.

O buna nümunə kimi qadınların sovet Azərbaycanından öncə səs vermək hüququnu əldə etməsi faktını göstərir ki, bu da ABŞ Konstitusiyasının 19-cu düzəlişinin qəbulundan əvvəl baş verib.

Bundan başqa, məqalədə Azərbaycanın qlobal terrorizimlə mübarizədə ABŞ-ın cəhdlərini dəstəkləməsinin vacibliyi vurğulanır.

"Forbes" hesab edir ki, Azərbaycan iqtisadi cəhətdən unikal şəraitdə yerləşir. Neft və təbii qaz nəzərə alınmaqla Azərbaycanın zəngin təbii resursları ölkəni Avropaya enerji resurslarının əsas tədarükçüsü mövqeyində göstərir.

"Son bir neçə onillikdə enerji sahəsində əhəmiyyətli canlanma iqtisadiyyatı kökündən dəyişməyə imkan verib və Azərbaycana region və bir çox dünya ölkələrinin üzləşdiyi qlobal iqtisadi enişdən qaçmağa imkan verib", - müəllif yazır.

Müəllifin fikrincə, azərbaycanlılar öz təbii sərvətlərindən daxili inkişafa - infrastrukturun modernləşdirilməsinə, müasir bank və maliyyə şəbəkələrinin yaradılmasına, həmçinin telekommunikasiya və avtomobil sənayesində artımın stimullaşdırılmasına investisiya yatıraraq rifah məqsədləri üçün istifadə edir.
"ABŞ-ın Azərbaycan ilə münasibətləri yaxın illərdə diplomatik və iqtisadi cəhətdən inkişaf edən əlaqələr sırasında olacaq. Belə ki, bu ölkə artıq özünü regionda əsas müttəfiq qismində tanıdıb", - məqalədə qeyd edilir.

Back to the list