FR|ENAZ

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur
18 January 2013

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi öz işinə başlayıb.

Azərbaycan 6-cı dəfədir ki, bu sərgidə iştirak edir. Ölkəmiz "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 250-ə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilir.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyondan artıq insan tərəfindən ziyarət olunur. "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Back to the list