Bu il Azərbaycan biznesinə ilk güzəştli kreditlər verilib
18 January 2013
"Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 70-dək yeni iş yerinin açılmasına kömək edəcək", - məlumatda qeyd edilir. Kreditlərin verilməsi Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkarın iştirakı ilə Pirhəsənli kəndində keçirilən tədbir çərçivəsində baş tutub. Tədbirdən əvvəl Ağsu rayonunda əsas hissəsi SKMF-nin güzəştli kredit hesabına maliyyələşdirilmiş üzümçülük təsərrüfatında aparılan işlərə baxış keçirilib. 2012-ci ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 218 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2013-cü ildə Fond 250 milyon manat həcmində kredit verməyi planlaşdırır, bu vəsaitdən 100 milyon manat kreditlərin qaytarılması hesabına, qalanı 150 milyon manat isə dövlət büdcəsi vəsaitləri hesabına təmin ediləcək.
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu və ətraf rayonlarının 45 sahibkarlıq subyektinə 374,5 min manat məbləğində güzəştli kreditlər verilib.

| Source: | trend.az |

