ABŞ-da yaşayan azərbaycanlılar Ağ Evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınması məqsədi ilə petisiya yerləşdirmişlər
7 February 2013
Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədi ilə yaratdığı “Biz xalqıq” səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır. Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx
ABŞ-da yaşayan azərbaycanlılar Prezident Barak Obama Administrasiyasının Xocalı qətliamını və müharibə cinayətlərini, eləcə də faciə qurbanlarını tanıması məqsədi ilə Ağ Evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişlər.
Ağ Evin rəsmi internet səhifəsində yer alan “Biz xalqıq” (“We the People”) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcəklər. Həmçinin petisiyada “Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və Prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik”, - deyə bildirilir.Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədi ilə yaratdığı “Biz xalqıq” səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır. Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

