FR|ENAZ

Brüsseldə Novruz bayramı qeyd olunmuşdur

Brüsseldə Novruz bayramı qeyd olunmuşdur
20 March 2013

19 mart 2013-cü il tarixində Azərbaycan Respublikası, Qazaxstan Respublikası, Türkmənistan Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası və Əfqanıstan İslam Respublikasının Belçikadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Brüsseldə Novruz bayramı qeyd olunmuşdur.

Tədbirdə təşkilatçı ölkələrin rəqs və musiqi qrupları iştirak etmişlər. Azərbaycanı Xanlar Bəşirovun rəhbərlik etdiyi “Azərbaycan qartalları” adlı uşaq rəqs qrupu təmsil etmişdir. “Azərbaycan qartalları”nın çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bayram süfrəsi Azərbaycanın milli təamları və bayram şirniyyatı ilə bəzədilmişdir.

Belçikadakı diplomatik korpusun, Avropa Parlamentinin və Avropa Komissiyasının nümayəndələrinin də iştirak etdiyi etdiyi bayram tədbiri 500-dən artıq qonağın böyük marağına səbəb olmuşdur.

Source:   Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyi

Back to the list