FR|ENAZ

Lüksemburq – Azərbaycan oyununda hesab açılmamışdır

Lüksemburq – Azərbaycan oyununda hesab açılmamışdır
23 March 2013

Martın 22-də futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqun Josy Barthel stadionunda Lüksemburq millisi Azərbaycan yığmasını qəbul etmişdir.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmamışdır. Oyunu irlandiyalı baş hakim Padraigh Sutton idarə etmişdir.

Ona həmyerliləri Mark Gavin, Dermot Broughton və Neil Doyle kömək etmişlər. Matçın hakim-inspektoru Marcel Vanelshocht (Belçika), komissarı isə Volfqanq Thierrichter (Avstriya) olmuşdur.

Bu görüşdən sonra daha bir xal qazanan millimiz turnir cədvəlinin beşinci pilləsində qərarlaşmışdır. Ümumilikdə üç xalı olan yığmamız növbəti oyununu martın 26-da Bakıda Portuqaliya futbolçularına qarşı keçirəcəkdir.


Back to the list