Azərbaycanda keçirilən “Caspian Oil and Gas” yubiley sərgisində 400-ə yaxın şirkət iştirak edəcək

20 illik yubileyini qeyd edən Beynəlxalq "Caspian Oil and Gas" sərgisi neft-qaz yataqlarının kəşfi və işlənməsi ilə məşğul olan, həmçinin servis xidmətlərini göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti birləşdirəcək.
Bu barədə sərginin açılış mərasiminə həsr olunan Trend BİA-da həsr olunan mətbuat konfransında "ITE Group Plc" şirkətinin direktoru Edvard Stroon bildirib.İyunun 4-dən 7-dək "Bakı Ekspo Mərkəzi"ndə Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayacaq. Bu müddət ərzində "Xəzər Neft və Qaz" sərgisi hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir.
Yubiley "Xəzər Neft və Qaz" sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti bir araya gətirir. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaqlar. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərginin keçirildiyi illər ərzində həm sevindirici hal, həm də əsas nailiyyət ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30%-ni təşkil edirlər. Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğulayır (20 sponsor şirkət). "Xəzər Neft və Qaz 2013" sərgisinin Baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə "BP Azerbaijan" və "Statoil" şirkətləridir. Sərginin digər sponsorları arasında "Axpo Trading", "Azfen-Tekfen", "Azeri MI Drilling Fluids", "BNP Paribas", "Bos Shelf", "Caspian Drilling Company", "Caspian Marine Services", "Cross Caspian Oil and Gas Logistics", "IHS Global Ltd", "Interpipe", "McDermott Caspian Contractors, Inc.", "Nabucco", "Nobel Oil", "RussNeft", "RWE", "Siveco" və "TexnoProm" şirkətləri də yer alır. Sərgi və konfransın Baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group" şirkəti çıxış edir.
| Source: | trend.az |

