FR|ENAZ

Meksikada azərbaycanlı maestronun rəhbərliyi altında möhtəşəm konsert axşamı keçirilib

Meksikada azərbaycanlı maestronun rəhbərliyi altında möhtəşəm konsert axşamı keçirilib
11 June 2013

Meksika Birləşmiş Ştatlarının ən nüfuzlu simfonik orkestri sayılan "Orquesta Sinfonica del Estado de Mexico" nun ifasında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında möhtəşəm konsert axşamı keçirilib.

Konsert proqramında dahi Azərbaycan bəstəkarı Q.Qarayevin "Don Kixot" simfonik lövhələri, rus klassikləri P.İ.Çaykovskinin "Rokoko" variasiyaları və S.Raxmaninovun "Simfonik rəqsləri" ifa edilib.

Həmçinin, konsertdə solist olaraq məşhur italyan violonçel ifaçısı Roberto Trainini çıxış edib.

Orkestrin baş konsertmeysteri Feliks Parra bildirib: "Maestro Yalçın Adıgözəlovla çalışmaq bizə böyük şərəf verdi. Yüksək peşəkarlığa və hərtərəfli biliyə malikdir. O, həqiqətən böyük dirijordur".
Source:   trend.az

Back to the list