FR|ENAZ

Azərbaycan mülki aviasiyasının nümayəndələri Fransada keçirilmiş aerokosmik sərgidə iştirak etmişlər

Azərbaycan mülki aviasiyasının nümayəndələri Fransada keçirilmiş aerokosmik sərgidə iştirak etmişlər
24 July 2013

Fransanın La Burje hava limanında dünya aviasiya və kosmik sənaye sahəsində ən əlamətdar hadisələrdən biri olan 50-ci yubiley aerokosmik sərgi keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) AzərTAc-a bildirmişlər ki, tədbirdə ölkəmizi DMAA-nın direktoru Fuad Quliyev və “Azərbaycan Hava Yolları–AZAL” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Arif Məmmədov təmsil etmişlər.

Ölkəmizin nümayəndələri bir çox dövlətlərin sərgi salonlarını gəzmiş, aviasiya texnikasının müasir nümunələri ilə tanış olmuşlar.

Səfər çərçivəsində DMAA-nın direktoru Fuad Quliyev Fransa Mülki Aviasiya Baş İdarəsinin baş direktoru Patrik Qandil ilə görüşmüşdür.

Görüşdə mülki aviasiya sahəsində ikitərəfli münasibətlərin inkişafı məsələləri və birgə layihələrin perspektivləri müzakirə olunmuş, ötən illər ərzində qazanılmış nailiyyətlər diqqətə çatdırılmışdır.

Parisdə ilk aerokosmik sərgi 1908-ci ildə avtosalon çərçivəsində keçirilmişdir. 2013-cü ilin yubiley sərgisi isə yəqin ki, ən məhsuldar tədbir kimi tarixə düşəcəkdir. Budəfəki sərgi çərçivəsində imzalanmış müqavilələrin ümumi məbləği 180 milyard dollar təşkil etmişdir.
Source:   AZERTAG

Back to the list