FR|ENAZ

Bakıda Almaniya günləri çərçivəsində mədəniyyət tədbirləri başlanmışdır

Bakıda Almaniya günləri çərçivəsində mədəniyyət tədbirləri başlanmışdır
11 November 2013

Almaniyanın Azərbaycandakı səfirliyi, Akademik Mübadilə Xidməti (DAAD), Almaniyanın Xarici İşlər Nazirliyinin xaricdə məktəblərin mərkəzi idarəsi (ZfA Deutsche Auslandschularbeit İnternational), Höte İnstitutu, SLZ Alman Dili Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Deutschland-Tage” mədəniyyət təbirləri keçirir.

Bu tədbirlər silsiləsindən noyabrın 11-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində SLZ Alman Dili Tədrisi Mərkəzi tərəfindən “Musiqili səyahət” konserti təqdim edilmişdir.

Konsertdən əvvəl çıxış edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel SLZ Alman Dili Tədrisi Mərkəzinin tələbələrinin bu dilə göstərdikləri marağı yüksək qiymətləndirmişdir.

Bildirilmişdir ki, mədəniyyət tədbirləri çərçivəsində noyabrın 14-dək ardıcıl olaraq “Liebe Mauer” filminin nümayişi, PASCH məktəblərinin “Hit parad”ı və “Almaniyada bakalavr təhsili” mövzusunda Köln Universitetindən olan qonaqla görüş təşkil ediləcəkdir.

Sonra SLZ Alman Dili Tədrisi Mərkəzində təhsil alan uşaqların, eləcə də tələbələrin iştirakı ilə konsert təqdim olunmuşdur. Konsertin proqramına Y.Haydnın, L.V.Bethovenin, Y.Bramsın, R.Şumanın, Y.Ştrausun əsərləri daxil edilmişdir.

Konsert alqışlarla qarşılanmışdır.
Source:   AZERTAG

Back to the list