FR|ENAZ

Soçidə sayca XXII Qış Olimpiya Oyunları başlamışdır

Soçidə sayca XXII Qış Olimpiya Oyunları başlamışdır
7 February 2014

Soçidə sayca XXII Qış Olimpiya Oyunları başlamışdır.

Bu gün Moskva saatı ilə 20:14-də açılış mərasimi olacaq XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunmuşdur. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxeynçxan şəhərlərini qabaqlamışdır.
Soçi OlimPiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunacaqdır. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü “Fişt” Olimpiya stadionudur.
İyirmi beş min könüllünün qatıldığı Olimpiadada 2 min 800-ə yaxın idmançı öz gücünü yoxlayacaqdır. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaqdır. Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir. Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır.
Azərbaycanı Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı təmsil edəcəkdir. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər - Patrik Braxner və Qaya Bassani Antivaridir.
Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir.
Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcəkdir.
Source:   AZERTAG

Back to the list