FR|ENAZ

Azərbaycan karateçisi 12-ci dəfə Avropa çempionu adını qazandı

Azərbaycan karateçisi 12-ci dəfə Avropa çempionu adını qazandı
22 March 2015

Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurublar.

idmançılarımızdan Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) isə gümüş medala sahib olublar. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşayıb. Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda görüşdə tanınmış fransız idmançısı Min Duk Vu Dak səddini aşa bilməsə də ilk beşlikdə yer alıb. Komanda yarışlarında isə üçüncü yer uğrunda Almaniya millisinə qalib gələn Azərbaycan yığması bürünc medala sahib olub.
Source:   http://azertag.az/xeber/841136

Back to the list