FR|ENAZ

Avropa Oyunları: Azərbaycan üçün fürsət

24 June 2015

FIGAROVOX/TRIBUNE – 12 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində ilk Avropa Oyunları başladı. Tədbiri işıqlandırması ilə bağlı tənqidlə üzləşən bu platforma ölkənin reallıqlarını aşkar etməyə və onun inkişafına dəstək olmağa çağırdı.

Bakıda ilk Avropa Oyunlarınının açılışında iştirak edərək, biz onun mükəmməl təşkil olunduğunun, onların xalqda yaratdığı ruk yüksəkliyinin və dolaşıq şəkildə ifadə olunan kəskin və təkrarlanan tənqiddən çox uzaq olan, Azərbaycanın mövcud problemləri qarşılamaq qabiliyyətinin şahidi olduq.

Bütün rekordları qıraraq 30 ay ərzində Azərbaycan 20 idman növü üzrə 50 ölkəni təmsil edən 6000 atletin iştirak edəcəyi yarışlar üçün ən yaxşı qurğuları təşkil etməyi bacardı. Bu böyük tədbirin uğuru yalnız maliyyə vəsaitləri ilə məhdudlaşmırdı,  o, özünün tarixi və mədəni kökləri ilə qürur duyan bütün xalqın istəyi, enerjisi və bacarığından dəstək almışdı ki, bu da açılış mərasimində çox aydın görünürdü. Ölkə həm də bütün dünyaya açıq idi və Olimpiya hərəkatının qonaqpərvərlik və qardaşlıq dəyərlərinə o qədər dəyər vermişdi ki, hətta Azərbaycanla faciəvi və ədalətsiz ərazi münaqişəsində olan Ermənistan bu idman yarışında, bütün digərləri kimi, öz yerində idi.

Əgər biz uzaqdan səsləndirilən şərhlərə inansaydıq, Azərbaycan əhalisi bu tədbirdən əziyyət çəkərdi və hətta ondan imtina edərdi, lakin  bu xalqın Olimpiya hərəkatının bir hissəsi olmaqdan qürur duyduğunu başa düşmək üçün açılış mərasimindəki 68.000 tamaşaçını görmək və eşitmək və ya Oyunlara aid bütün tədbirlərlərdə həvəslə iştirak etmək üçün gələn ailələrlə birgə gəzib dolaşmaq kifayət idi. Bu, çarşabın nadir hal olduğu, Fransadan 30 il əvvəl qadınların səsvermə hüququ qazandığı və şiyə, sünnü, yəhudi və xrsitianların harmoniyada, bir-birini hörmət mühitində yaşadığı (başqa yerlərdə bu dinlərin faciəvi şəkildə toqquşduğu zaman), əhalisinin əksər hissəi müsəlman olan ölkədə bar meydançalarında görüşmək nadir bir hal idi.

Nəhayət, Azərbaycan hələ də bir çox problemlərlə üz-üzədir ki, bunlardan biri də daimi problemdir – onun müstəqilliyi şimaldan Rusiyanın, cənubdan İranın və qərdbdən Ermanistan-Azərbaycan münaqişəsinin təzyiqi altındadır. Ona görə də, sistematik olaraq tənqidi səbəbindən, bu ölkənin Avropa, xüsusilə Fransa ilə mövcud  münasibətlərinə bərpaolunmaz ziyan vura bilər. Müstəqilliyini yalnız 24 il bundan əvəl əldə etmiş bu gənc dövləti pisləməkdənsə, gəlin onun siyasi, iqtisadi və sosial inkişafına dəstək olaq.

Fransa mətbuatını oxuyarkən bizə toxunan hal Azərbaycana və dövlət rəhbərlərinə qarşı, onları qəti şəkildə günahlandıraraq yol verilən ədalətsizlikdir, halbuki bura gəlmək və bu ölkənin reallıqlarını yerində öyrənmək kifayət edərdi.  Biz ümid edə bilərikmi ki, bir gün biz Bakı barəsində yalnız Parisdən deyil,  Bakıdan gördüklərimizdən yazacağıq?

İmzaçılar:

Jean-François MANCEL - deputat, Azərbaycanın Dostları Cəmiyyətinin sədri
André RECHARDT - Senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri
Nathalie GOULET - Senator, Azərbaycanın Dostları Cəmiyyətinin sədr müavini
David DOUILLET - deputat, keçmiş nazir
Yves JEGO - deputat, keçmiş nazir
Georges FENECH – deputat
Jean-Luc REITZER – deputat
Yves FOULON – deputat
Jérôme LAMBERT – deputat
Sylvie GOY-CHAVENT – Senator
Christian NAMY – Senator
Jean-François LEGARET – Paris şəhəri 1-ci rayonunun meri, müşavir
André VILLIERS – Yonne Departament Şurasının sədri
Patrick GENDRAUD – Şabilisin meri, department müşaviri
Robert HOSSEIN – aktyor, reşissor
Marc RESTELLINI - “Pinacothèque de Paris”-in sədri
Reza DEGHATI – Fotoqraf
Pierre CHEREMETIEFF – Xaricdə Yaşayan Ruslar cəmiyyətinin sədri
Source:   FigaroVox | http://www.lefigaro.fr/vox/monde/2015/06/22/31002-20150622ARTFIG00218-jeux-europeens-une-chance-pour-l-azerbaidjan.php

Back to the list