FR|ENAZ

20 Yanvar xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür

20 Yanvar xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür
20 January 2016

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələrindən bəhs edən videoçarx göstərilib.

Mərkəzin direktoru, dosent Yusif Şükürlü 1990-cı ilin yanvarında Sovet ordusunun xalqımıza törətdiyi dəhşətli cinayətdən söz açıb. Bildirilib ki, həmin gün Azərbaycanın tarixinə hüzn, qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Bu gün həm də xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür.

Digər çıxış edənlər 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən danışıblar.
Source:   http://azertag.az

Back to the list