Xəbərlər
Azərbaycan Respublikasının Lüksemburq Boyuk Hersoqluğunda yeni təyin olunmuş səfiri
13 March 2013Azərbaycan Respublikasının Lüksemburq Boyuk Hersoqluğunda fovqəladə və səlahiyyətli səfiri təyin edilmiş Fuad Isgəndərov etimadnaməsini Əlahəzrət Lüksemburqun Boyuk Hersoqu Anriyə təqdim etmişdir.
"Lufthansa" Azərbaycana aviareyslərin sayını artırır
12 March 2013"Lufthansa" aviaşirkəti Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə aviareyslərin sayını həftədə beşədək artırır. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən deyiblər.
BVF: Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib
12 March 2013Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə Azərbaycanın qeyri-neft ÜDM-nin artımını 9 faiz səviyyəsində proqnozlaşdırır.
"Nabucco" ilə TANAP arasında anlaşma memorandumu imzalanıb
4 March 2013Bu gün "Nabucco Gas Pipeline International GmbH" Transanadolu boru kəməri (TANAP) ilə (TANAP Doalgaz Iletim A.S.) anlaşma və əməkdaşlıq memorandumu imzalayıb.
Kanada dövlət agentliyi Azərbaycanda "Khazar Islands" yaşayış kompleksinin tikintisini maliyyələşdirir
2 March 2013Kanada dövlət agentliyi "Export Development Canada" (EDC) Azərbaycanda "Avesta" konserninin həyata keçirdiyi "Khazar Islands" yaşayış kompleksinin tikinti layihəsinin reallaşdırmaq üçün dörd milyard dollaradək məbləğdə kredit verəcək.
Dövlət Neft Fondu TANAP layihəsində pay alacaq
1 March 2013Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Transanadolu" qaz kəməri (TANAP) layihəsində pay alacaq. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
AZPROMO yenidən WAIPA-nın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru seçilib
18 February 2013İsveçrənin Cenevrə şəhərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) 18-ci Dünya İnvestisiya Konfransı keçirilib.
Azərbaycan neftinin qiymətləri: 11-15 fevral həftəsinin yekunları
18 February 201311-15 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 120,67 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,87 dollar/barel çoxdur.
ARDNŞ: Trans-Xəzər qaz kəməri Aİ üçün çox miqyaslı layihə olacaq
12 February 2013Azərbaycan Trans-Xəzər qaz kəməri ilə qaz nəqlindən yalnız udur. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq vitse-prezidenti Elşad Nəsirov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında keçirilən müzakirələrdə bildirib.
ARDNŞ: Azərbaycan qazının Avropaya tədarükünə 2019-cu ildə başlanacaq
12 February 2013"Şahdəniz" qaz-kondensat yatağından Azərbaycan qazının Avropaya tədarükünə 2019-cu ildə başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq vitse-prezidenti Elşad Nəsirov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı bildirib.
Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub
10 February 2013Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində fevralın 9-da Strasburqda sərgi və konsert təşkil olunub.
Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peyki orbitə uğurla çatdı
8 February 2013Fransanın "Ariane 5 ECA" raketdaşıyıcısının köməyi ilə Azərbaycanın orbitə buraxılan "Azerspace/Africasat-1" peyki artıq Bakı vaxtı ilə saat 02:11-də orbitə yetişib. Trend-in məlumatına görə,"Azerspace-1" peyki startdan 35 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb.
ABŞ-da yaşayan azərbaycanlılar Ağ Evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınması məqsədi ilə petisiya yerləşdirmişlər
7 February 2013ABŞ-da yaşayan azərbaycanlılar Prezident Barak Obama Administrasiyasının Xocalı qətliamını və müharibə cinayətlərini, eləcə də faciə qurbanlarını tanıması məqsədi ilə Ağ Evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişlər.
ARDNŞ və Dünya Bankı səmt qazının yandırılmasının azaldılması sahəsində saziş imzalayıblar
4 February 2013ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Dünya Bankı (DB) bazar ertəsi şirkətlə "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) təşkilatı arasında əməkdaşlığın dördüncü mərhələsi üzrə inzibati saziş imzalayıblar.
Bu il Azərbaycan biznesinə ilk güzəştli kreditlər verilib
18 January 2013Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu və ətraf rayonlarının 45 sahibkarlıq subyektinə 374,5 min manat məbləğində güzəştli kreditlər verilib.
News
61 - 75 of 80
First
|
Prev.
|
1
2
3
4
5
6
|
Next |
Last

