FR|ENAZ

Lüksemburg Filarmoniyasında Azərbaycan Qartalları konserti

01.06.2010
poster Eagles of  Azerbaijan

1 iyun 2010-cu il tarixində Lüksemburq Filarmoniyasında Azərbaycan Mədəniyyəti Gecəsi keçirilmişdir. Bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən 28 May Respublika Günü münasibəti ilə təşkil olunmuşdur. Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri öz çıxışı ilə gecəni açıq elan etmiş və Azərbaycan Respublikasının beynalxalq arenada tuttduğu roldan,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzağ görən və müdrük siyasəti sayəsində bu rolun inkişafı haqqında söhbət açmışdır.

İki saatdan artıq davam edən konsertdə Azərbaycanın Əməkdar Artisti Xanlar Bəşirovun rəhbərlik etdiyi” Azərbaycan Qartallari” rəqs qruppu və Həsənağa Sadığovun başçılıq etdiyi “Mahirlər” ansamblı çıxış etmişdilər. ”Yallı”, ”Zorxana”, “Şəki”, “Çobanlar”, və diqər rəqslər lüksemburqluların arası kəsilməyən alqışlarına səbəb olmuşdur. Uşaqların ifasındakı rəqs nömrələri tamaşaçıları heyran etmişdir.Həsənağa Sadığovun nəlbəkilərlə ifadə etdiyi nömrə lüksemburqluların maraq və təəccübünə səbəb olmuşdur. Zülfiyə Xanımın rəhbərlik etdiyi gənc reqqasələr qruppu azərbaycan milli rəqsinin ən gözəl nümunələrini təqdim etdilər.

Mərasimin davamı olaraq, konsertdən sonra ziyafət verilıişdir. Burada qonaqlar azərbaycan milli xorəkləri ilə tanış oldular.

Qonaqlar arasında Böyük Hersoqluq sarayının rəsmisi marşal Pierre Mores, Lüksemburq deputatlar palatasının sədri Laurent Mosar, Lüksemburq parlamentinin deputatları, diqər rəsmi şəxslər, Lüksemurgda fəaliyyət göstərən diplomatik korpusların üzvləri, Avropa Birliyi təşkilatlarının təmsilçiləri, Belçikada və Lüksebdurqda yaşayan azərbaycanlılar var idi.


Back to the list