FR|ENAZ

Azərbaycan Lüksemburqda keçirilən Beynəlxalq Xeyriyyə Bazarında iştirak etdi

25.11.2011 Lüksemburq-Azərbaycan Ticarət Palatası, Qarabağ Mədəniyyət Assosiyasiyası və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin  fəal  dəstəyi sayəsində Azərbaycan bu tədbirdə ilk dəfə olaraq təmsil olunmuşdur.

Təşkilatçıların və bazarı ziyarət edənlərin sözlərinə görə Azərbaycan pavilyonu əla  təşkilatı, orijinal dizaynı və məhsulların, suvenirlərin geniş çeşidi ilə fərglənirdi. Bazarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu «Bak» jurnalının ingilis dilində çap olunmuş nüsxələri, Heydər Əliyev Fondu tərəfindən ölkəmizin tarixindən, incəsənət və mədəniyyətindən ingilis və fransız dillərində müxtəlif adda nəşr olunmuş kitab və broşürlər, musiqi alətləri, milli ornamentləri əks etdirən suvenirlər və kəlağayılar, kiçik həcmli xalçalar, Nobel qardaşlarının fəaliyyətindən bəhs edən disklər və digər eksponatlar nümayiş etdirilmişdir. Burada Azərbaycanın Əməkdar Artisti Xanlar Bəşirovun çıxışı xüsusi qiymətləndirilmişdir.

O, qısa rəqs epizodları ilə azərbaycan incəsənətinin gözəlliyini və zənqinliyini göstərə bilmişdir. Azərbaycan stendinə yaxınlaşan bütün qonaqların Azərbaycandan gələn xuruş və meyvələrin, mürəbbə və şirələrin dadina baxıb və almaq imkanları var idi. Ənənəvi olaraq Beynəlxalq Xeyriyyə Bazarının fəxri qonağı  Lüksemburqun Böyük Hersoqinyası bütün stendləri ziyarət etmiş, iştirakçılarla yaxından tanış olmuş və xatirə şəkilləri çəkdirmişdir.

Bu şərəfə Azərbaycan stendidə layiq görülmüşdür. Azərbaycan stdendinin sponsorları tərəfindən xeyriyyə lotoreyası oynadılmışdır. Bu lotoreyanın qaliblərinə ölkəmizdə istehsal olunan müxtəlif məhsullar təqdim olunmuşdur. Loto oyununun əsas qalibi, Lüksemburalu  Bridjit  və Niko Arle, 2012-ci ilin may ayında Bakida keçirilən Eurovision mahnı müsabiqəsinin final mərhələsində iştirak etmək üçün vəsiqə qazanmışdılar. Qaliblərin Lüksemburqdan Bakıya və geri aviabiletləri «Azərbaycan Hava Yolları» tərəfindən hədiyyə olunmuşdur. Bazarda əldə olunan bütün vəsaitlər dünyanın 98 xeyriyyə layihələri üçün istifadə olunacaq.

Back to the list