FR|ENAZ

Beynəlxalq Bazar 2012

Beynəlxalq Bazar 2012 01.12.2012 Dekabrın 1-i və 2-sində Lüksemburqun Lux Expo sərqi salonunda ənənəvi Beynəlxalq Bazarı təşkil edilmişdir.

Ilk baxışdan tədbirin humanitar xarakter daşımasına baxmayaraq məqsəd, ilk növbədə Lüksemburqda keçirilən xeyriyyə layihələrindən ən çox vəsait toplamaqla yanaşı, müxtəlif mədəniyyət, musigi və dünya mətbəxi ilə tanışlıq üçün gözəl bir imkan əldə etmişdir. Bu il keçirilən 52-ci Beynəlxalq Bazar, həmişəki kimi çox saylı qonaqlar cəlb etməyə nail olmuşdur. Bura gələn insanlara dünyanın 5 qitəsindən olan 59 ölkə ilə tanış olmaq imkanı yaradılmışdır. Sərqidə gəzərkən müxtəlif dünya mətbəxlərinin ədviyyatlarının ətirlərini duymaq olurdu. Alman xörəkləri, ərəb şirniyyatları, fransız pendirləri və ya türk yeməkləri hər bir zövgü oxşaya bilərdilər. Təəssüf ki,bütün hazirlanan yeməklərin dadına baxmaq mümkün deyildi ! Bu ilki Beynəlxalq Bazarda Azərbaycan stendi isti xörəklər təqdim etmək imkanına nail olmuşdur.

Belə ki, bizim stenddə Azərbaycandan gələn meyvə-tərəvəz, şirniyyat, meyvə şirələri ilə yanaşı yarpaq dolması, kələm dolması, çudu və dovganın dadına baxmag üçün, stendin qarşısında qurulan masalarda rahat oturarag, yemək olurdu. Öz milli koloriti ilə məşhur olan kəlağailər, ipək şərflər, cür-bəcür suvenirlər, stendə yaxınlaşan insanlarda böyük maraq yaradırdı.

Azərbaycan stendinə yaxınlaşmamaq mümkün deyildi ! Gənc və istedadlı Azərbaycan Qartalları ansamblının iştirakçıları öz məharətləri ilə hamını stendimizə cəlb edirdiler. Nağara ritmləri ilə milli rəqs parçaları bir birini əvəz edərkən, iki gün ərzində sərgidə bayram əhval-ruhiyyəsi yaranmışdır. Bu sevinc , Azərbaycan stendinin qarşısına çox saylı insanları cəlb edib, onlara uzaq bir ölkəni tanımaq imkanı yaratmışdır. Bu unikal və yeganə bir imkan Şimali Avropada yaşayan insanlara azərbaycan mətbəxini dadmaq, azərbaycan musigisini, incəsənətini və mədəniyyətini tanımaq imkanı yaradirdi.

Azərbaycan stendinin böyük uğura nail olması və 52-ci Lüksemburq Beynəlxalq Bazarında aparıcı yer qazanması bizim sponsorların köməyi sayəsində mümkün olmasını bir daha vurgulamag yerinə duşərdi. Onlara öz təşəkkürümüzü bildiririk!

Sponsorların siyahısı:
  • Azərbaycan Beynəlxalq Bankı 
  • Gilan Holding 
  • Silk Way Holding 
  • Şəki İpək 
  • AZPROMO 
  • Azərbaycan Ticarət və Sənaye Palatası

Back to the list