FR|ENAZ

Azərbaycan Respublikasının səfirliyi tərəfindən təqdim olunmuş konsert

29.05.2013

Bu tədbir Abbaye Neumünster mədəniyyət mərkəzində Azərbaycan Səfirliyi, Lüksemburq-Azərbaycan Ticarət Palatası və «Qarabağ» Mədəniiyyət Assosiasiyası tərəfindən təşkil olunmuşdur.

Əməkdar incəsənət xadimi maestro Yalçın Adıgözəlovun rəhbərliyi altında Lüksemburq Kamera Orkestrinin incə və əzəmətli ifası, Mənsum İbrahimov, Elçin Haşımov və Elnur Əhmədovdan ibarət «Qarabağ» muğam triosunun müşayiəti , zalda yığışan musiqisevənləri Azərbaican adlı gözəl bir diyara xəyali səyahətə apardı.

Axşamı öz çıxışı ilə açıq elan edən Cənab Səfir, sadə və səmimi sözləri ilə qonaqları salamladı, onlara ölkəmizdən, mədəniyyətimizdən söhbət açdı. Çıxışın sonunda Cənab Səfir burada yığışan qonaqları gözəl musiqi dinləməyə və konsertin davamı olan ziyafətdə iştirak etməyə dəvət etdi.

Bu gözəl axşam qonaqların zövgünü oxşayıb,onlarda zəngin təəssürat yaratdı.

Cənab Səfirə dərin təşəkkürümüzü bildiririk!




Back to the list