Beynəlxalq Bazar 2013
01.12.2013
Hər il olduğu kimi, dekabr ayının ilk şənbə-bazar günləri Lüksemburqun LUX EXPO sərgi salonunda Beynəlxalq Bazar keçirilmişdir.
Azərbaycan nümayəndələrinin bu xeyriyyə layihəsində iştiraki artıq ənənəyə dönmüşdür.
LUX EXPO sərgi salonunun qapıları qonağların üzünə açılan kimi, Azərbaycan stendinin qarşısında insanlar sıraya düzülmüşdür. Bəziləri kəlağayı üçün, bəzəiləri mürəbbə və azərbaycan çayı üçün,bəziləri isə şəkərbura-paxlava üçün buraya gəlmişdilər.
Artıq onlar Azərbaycan məhsullarını yaxşı tanıyır və sevirlər. Bu il keçirilən 53-cü Beynəlxalq Bazarına Azərbaycan stendi bir yeniliknən gəlmişdir.
Lüxemburq-Azərbaycan Ticarət Palatası Cəmiyyətinin üzvləri olan azərbaycanlı xanımlar bir yerə yığışıb, 500 dənə göyərti qutabı və 30 kilo düyüdən turşu-qovurmalı aş bişirmişdilər.
Lüksemburqda bişirilən azərbaycan yeməkləri, Bakıdan gələn şiriniyyatlar və meyvə-tərəvəzlər kimi eyni şəkildə sərginin gonağları tərəfindən çox bəyənilmişdir.

