FR|ENAZ

Beynəlxalq Bazar 2014

Beynəlxalq Bazar 2014 01.12.2014 29 və 30 noyabr Lüksemburqun Lux Expo sərqi salonunda 54-cü Beynəlxalq Bazarı təşkil edilmişdir.

Şahzadə Giyom və xanımı Şahzadə Stefani Beynəlxalq Xeyriyyə Bazarını ziyarət etmişdilər. Burada, dünya üzərində və Lüksemburqda çoxsaylı xeyriyyə proektlərinə dəstək olmaq məqsədi ilə 50-dən çox ölkə öz stendini təqdim etmişdir. Bazarda əldə olunmuş gəlir 90 xeyriyyə cəmiyyəti arasında bölünmüşdür. Onlardan dördü lüksemburg cəmiyyətləridir: Make A Wish, ALAN, ASTI ALUPSE-bébé.

Bu ilki Beynəlxalq Bazarında Azərbaycan stendi gələn qonaqlara isti xörəklərərdən cudu və aş təqdim etmək imkanına nail olmuşdur. Azərbaycandan gələn meyvə-tərəvəz, şirniyyat, meyvə şirələri ilə yanaşı öz milli koloriti ilə məşhur olan kəlağailər, ipək şərflər, cür-bəcür suvenirlər, stendə yaxınlaşan insanlarda həmişəki kimi böyük maraq yaradırdı.

Bu ilki Bazarda Azərbaycanın iştirakı tanınmış kamança ustası İmamyar Həsənovun çıxışı ilə qeyd olundu.
Azərbaycan stendinin böyük uğura nail olması və 54-cü Lüksemburq Beynəlxalq Bazarında aparıcı yer qazanması bizim sponsorların köməyi sayəsində mümkün olmasını vurgulamag yerinə duşərdi Gilan HoldingAZERSUN şirkətlərinə öz təşəkkürümüzü bildiririk!












DSC_0157-600.jpg











Back to the list