FR|ENAZ

“Odlar yurdunun min bir rəngi” sərgisi

“Odlar yurdunun min bir rəngi” sərgisi 15.06.2015 Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında “Odlar yurdunun min bir rəngi” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin rəsmi açılışı olub.

Mərasimi assosiasiyanın birinci katibi Eva Rodik açaraq tədbirin əhəmiyyətindən danışıb, qonaqları odlar yurdunun min bir rəngi ilə yaxından tanış olmağa çağırıb.

Tədbirin təşkilatçısı, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış edərək layihənin məqsəd və məramı barədə ətraflı məlumat verib.

Qeyd edib ki, layihənin məqsədi Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır.

Tədbirində gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olundu.

“Qobustan”, “Qədim Bakı”, “Azərbaycan gözəlləri”, “Qız qalası”, “Lalələr”, “Azərbaycan xalçası”, “Neft buruqları” və s. Sərgidə nümayiş olunan əsərlərin tam olmayan siyahısı belədir. Gənc rəssamlar Qarabağ mövzusunu da unutmayıblar.

“Şuşada yaşayış evləri”, “Xudafərin körpüsü”, “Gözlərdə Qarabağ həsrəti” və s. rəsmlərlə yanaşı Üzeyir Hacıbəyovun, Natəvanın yağlı boya ilə işlənmiş portretləri təqdim olundu. Qeyd edək ki, sərgidə “Baku 2015.

Avropa oyunları” mövzusuda toxunulmuşdu. Gənc rəssamlar Nərminə Vəlieva, Şəhla Qəhrəmanlı və Günay Həsənova tədbirə gələn qonaqları salamlayıb, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər. Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin əməkdaşları, Azərbaycan-Lüksemburq Ticarət Palatasının nümayəndələri, Lüksemburqun mədəniyyət və maliyyə dairələrinin təmsilçiləri, rəssamlar və sıravi şəhər sakinləri iştirak ediblər.

Gənc rəssamlar Azərbaycan haqqında qonaqların çoxsaylı suallarını cavablandırıblar.











Back to the list